Manna Çarlığı dövrülünə aid 3 min illik qədəh nümayiş etdiriləcək - Ərdəbildə

Manna Çarlığı dövrülünə aid 3 min illik qədəh nümayiş etdiriləcək - Ərdəbildə

GünAz TV: 18 May – Beynəlxalq Muzeylər Günündə Ərdəbildə Manna Çarlığı dövrünə aid 3 min illik qədəh nümayiş etdiriləcək.

 

Bu barədə Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Nadir Fəllahi məlumat verib. Onun sözlərinə görə, bu əsər Həsənli (Sulduz) bölgəsində kəşf edilən gümüş qədəhlərlə müqayisə edilə bilər.

 

“Manna Çarlığı türk dövləti olub. Bu quruluş təxminən 1000-700 il eradan əvvəl bugünkü İranın şimal-qərbində hökm sürüb. Xalxal şəhəri Manna Çarlığının bir hissəsi olub.”- deyə hökumət rəsmisi bildirib.

 

Bu, çox nadir faktlardan biridir ki, İranda Mədəni İrs Təşkilatının məsulları Manna Çarlığının türk olduğunu etiraf edir. İranda türk tarixi təhrif olunub, onların bugünkü Azərbaycan ərazisinə gəlməsi islamdan sonraya aid edilir.

 

Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi əlavə edib ki,  Muzeylər Həftəsində Ərdəbildə  Şeyx Səfiyyədin Kompleksinə aid bir neçə nəfis əsər, əhali tərəfindən hədiyyə edilən tarixi-mədəni əşyalar və ötən il ərzində tapılan bir neçə tarixi əsər sərgilənəcək.

 

Qeyd edək ki, sözügedən 3 min illik gümüş qədəh daha 400 tarixi əşya ilə birlikdə Güney Azərbaycanın xalxal şəhərində tapılıb.

 

Bundan əvvəl Manna Çarlığı dövrünə aid Güney Azərbaycanın Meşginşəhr (Xiyav) və Sulduzun Həsənli bölgəsində iki önəmli qızıl qədəh (kasa) tapılıb, lakin İran hökuməti həmin tarixi əsərlərin Azərbaycanda sərgilənməsinə imkan vermir.

Meşginşəhrdə 5 il əvvəl tapılan tarixi qızıl kasa hələ də bu şəhərdə sərgilənməyib, onun harada saxlandığı da dəqiq məlum deyil. Həsənli bölgəsində tapılan 3 min illik qızıl kasa isə Azərbaycanda deyil, Tehranın “Milli Muzeyi”ndə saxlanılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN