Marağa Universitetinin “Elin” öyrənci dərgisinin fəaliyyəti dayandırılıb

Marağa Universitetinin “Elin” öyrənci dərgisinin fəaliyyəti dayandırılıb

GünAz TV: Mətbuata Nəzarət Komitəsi, Marağa Universitetinin “Elin” öyrənci dərgisinin fəaliyyətini növbəti dəfə dayandırıb.

 

“Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağı”na aid nəşriyyə “bölücülük, millətçilik və etniklər arasında ayrı-seçkilik salmaq” fəaliyyətində ittiham olunub.

 

Mətbuata Nəzarət Komitəsinin çıxardığı hökmə əsasən nəşriyyənin fəaliyyəti 1 il müddətinə dayandırılıb.  Qadağa müddəti komitənin mayın 24-də nəşriyyə ilə bağlı keçirdiyi iclasdan sonra hesab olunacaq.

Bundan əlavə, nəşriyyənin müdir-məsuluna yazılı töhmət veriləcəyi barədə qərar qəbul olunub.

 

“Elin” nəşriyyəsi 13 və 14-cü sayını ötən qış aylarında buraxıb. Bundan sonra Marağa Universitetinin Nəşriyyələrinə Nəzarət Komitəsi nəşriyyənin fəaliyyətini müvəqqəti olaraq dondurmuşdur.

 

“Elin”in 14-cü sayında Beynəlxalq Qadınlar Günü, Ana Dili Günü və s. kimi mövzularla bağlı mətləblər dərc olunub.

 

2015-ci ilin yaz aylarında da “Elin”in 9-cu sayı nəşr olunduqdan sonra Marağa Universitetinin Nəşriyyələrinə Nəzarət Komitəsi nəşriyyənin fəaliyyətinin 1 illik dondurulması ilə bağlı qərar qəbul etmişdir.

 

“Elin” Nəşriyyəsinə qadağa tətbiq olunduqdan sonra nəşriyyənin o dövrdəki müdir-məsulu Milad Balesini universitetin İnzibati Komitəsi tərəfindən 1.5 il müddətinə təhsil almaq hüququndan məhrum edilib və yazılı töhmət (tobix) almışdır.

 

Fars və türk dillərində nəşr olunan “Elin” nəşriyyəsi 2010-cu ildən fəaliyyət göstərir.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN