Marağada quraşdırılan lövhədə yerli əhalinin milli kimliyi təhrif edilib

Marağada quraşdırılan lövhədə yerli əhalinin milli kimliyi təhrif edilib

GünAz TV: Son vaxtlar Güney Azərbaycan Marağa şəhərinin avtobus terminalında hökumət orqanları tərəfindən bir lövhə quraşdırılıb.

 

Lövhədə Marağa əhalisinin milli kimliyi bilərəkdən təhrif edilib. Yazılıb ki, “Marağa əhalisinin əksəriyyəti ağdərili və ariya (ari) irqinə mənsubdur”. Bundan sonra isə “Əhalinin ana dili türkcədir” sözü qeyd olunub.

 

Azərbaycan türk millətinin tarix və mədəniyyətini təhrif edən ünsürlər izah etmir ki, ana dili türkcə olan Azərbaycan milləti necə olur ki, ariya irqinə mənsub olur?!

 

İranın Mədəni İrs Təşkilatı və digər mədəni-siyasi orqanlar uzun illərdir ki, Azərbaycan millətinin milli kimliyini təhrif etməklə məşğuldur. Belə hallara Güney Azərbaycanın bütün məntəqələrində rast gəlinir.

 

Ötən günlərdə fars irqçiliyi simvollarının Ərdəbil şəhərinin Bəsic meydanında quraşdırılması soydaşlarımızın kəskin etirazına səbəb olmuşdur. Azərbaycanlılar sosial şəbəkələrdə meydanda quraşdırılan əhəmənilərə (həxaməneşilər) aid heykəllərin şəkilini paylaşaraq hökumətin bu qərarını pisləyib və irqçilik simvollarının götürülməsini tələb etmişdir.

 

 

“Ərdəbil Əyalətində yerləşən tarixi “Şəhər yeri” ərazisinin tədricən təxrib edilməsi, ötən il Ərdəbil şəhərinin məşhur Şeyx Səfi Kompleksi, Təbrizin “Göy məscid”i və Tikantəpədə yerləşən “Təxti-Süleyman” (Sorğulu) abidəsinin giriş biletlərində Fars Əyalətində yerləşən “Təxti-Cəmşid”in görüntüsünün əks olunması Azərbaycanın tarix və mədəniyyətinə qarşı təxribatdır”- deyə ötən günlərdə sosial şəbəkələrdə paylaşılan postlarda qeyd olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN