Marağalı soydaşlarımız Azərbaycanın tarixi binalarının sıradan çıxarılmasına etiraz bildiriblər – VİDEO

Marağalı soydaşlarımız Azərbaycanın tarixi binalarının sıradan çıxarılmasına etiraz bildiriblər – VİDEO

GünAz TV: Güney Azərbaycanın Marağa şəhərində bir qrup yerli əhali Göy Günbəd Türbəsinin viran qalmış ərazisinə toplaşaraq Azərbaycanın tarixi binalarının tədricən sıradan çıxarılmasına etiraz ediblər.

 

Məlumata görə, İran Mədəni İrs Təşkilatının məsulları, o cümlədən tarixi binaların qorunub saxlanılması və bərpa edilməsi bölümünün rəis müavini Mehrdad Cavadi bazar günü Göy Günbəd və Dairəvi Türbənin yerləşdiyi yerə baxış keçiriblər. Soydaşlarımız fürsəti dəyərləndirərək əraziyə gedib və Azərbaycanın tarixi binalarının məhv edilməsi siyasətinə öz etirazlarını bildiriblər.

 

Etirazçılardan biri məsullara xitabən deyib: “Nə üçün Azərbaycanın tarixi binaları bərpa olunmur? Bu məkanlarda təmir-bərpa işləri aparılsa, turistlər də gəlib onları görər və Azərbaycanın qədim tarixi ilə tanış olarlar.”

 

Bir öyrənci isə təkidlə bildirib ki, “Göy Günbəd və Dairəvi Türbədə arxeoloji əməliyyata ciddi ehtiyac var. Əks halda bu tarixi əsərlər məhv olaraq sıradan çıxacaqlar.”

 

Başqa bir öyrənci isə Azərbaycanın tarixi binalarının ümumiyyətlə məhv olma təhlükəsi ilə üz-üzə olduğunu diqqətə çatdırıb. “Biz bu vəziyyətə etiraz edirik, lakin səsimiz eşidilmir. Azərbaycanın tarixi əsərlərinin qorunub saxlanılması üçün heç bir iş görülmür”- deyə o vurğulayıb.

 

İran Mədəni İrs Təşkilatının rəsmisi Mehrdad Cavadi isə etirazçılara soyuqqanlı şəkildə bildirib ki, “nigaran olmayın. Marağanın Göy Günbədinin bərpa edilməsi bizim üçün bu şəhərdə birinci prioritet məsələdir.”

 

https://www.youtube.com/watch?time_continue=17&v=ib6r6O7OEEY

 

Marağa şəhərində Dairəvi Türbənin yaxınlığında yerləşən Göy Günbəd Türbəsi Azərbaycan memarlığının maraqlı nümunələrindən biridir. Bu tarixi əsər Səlcuq İmperatorluğu dövrünün binalarını xatırladır. Tarixi bina 1932-ci il yanvarın 6-da İranda milli əsərlər siyahısında qeydə alınıb.

 

Tarixi əsərlər Güney Azərbaycanın müxtəlif şəhərlərində şəhər və yolların genişləndirilməsi bəhanəsi ilə tədricən sıradan çıxarılır. Bütün bunların Azərbaycan türk millətinə qarşı asimilasyon siyasətinin tərkib hissəsi olduğu kimsədə şübhə doğurmur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN