“Maşınsazi” komandası “İstiqlal”ı əliboş yola saldı, görüş zamanı “Traxtur”a dəstək nümayiş etdirilib

“Maşınsazi” komandası “İstiqlal”ı əliboş yola saldı, görüş zamanı “Traxtur”a dəstək nümayiş etdirilib

GünAz TV: Oktyabrın 5-i yerli vaxtla saat 15:00-da Təbrizin “Maşınsazi” komandası Tehranın “İstiqlal” komandasını qəbul edib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarınıpn 11-ci həftəsində keçirilən görüş Təbrizin “Bonyan dizel” stadionunda baş tutub, qarşılıqlı hücumlarla yadda qalan görüş 0:0 hesabı ilə başa çatıb.

 

Tərəfdarları planlı şəkildə hər zaman Azərbaycan türk millətinə qarşı təhqiramiz şüarlar səsləndirən “İstiqlal”ın Təbrizdən əliboş qayıtması bütün azərbaycanlı futbolsevərləri sevindirib.

 

Yarışdan əvvəl sosial şəbəkələrdə məlumat yayan  “Traxtur” tərəfdarları görüşdə tamaşaçı qismində iştirak edərək “Maşınsazi”yə dəstək verəcəklərini açıqlayıblar. Soyuq və yağıntılı hava şəraitinə baxmayaraq minlərlə “Traxtur” tərəfdarı stadiona gəlib, “Maşınsazi” və onunla yanaşı “Traxtur” komandasına dəstək nümayiş etdiriblər.

 

Qardaş komandaların tərəfdarları oyun zamanı “Maşınsazi” və “Traxtur” klublarının bayraqlarını  qaldıraraq hər iki komandanı dəstəkləyən şüarlar səsləndiriblər.

 

Oyun başlamadan əvvəl “İstiqlal”ın türk oyunçusu Mehdi Rəhmətinin tamaşaçılar tərəfindən təşviq edilməsi də xüsusi diqqət çəkib.

 

Bu nəticədən sonra “İstiqlal” 15 xalla turnir cədvəlinin 6-cı, “Maşınsazi” isə 11 xalla cədvəlin 10-cu pilləsində qərarlaşıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN