Mehdi Nəimi: "Xalqın hökumətə etimadı qalmayıb" – Müsahibə / AUDİO

2018-10-13 11:30

GünAz TV: Azərbaycanlı fəal Mehdi Nəimi İran-İraq müharibəsindən sonrakı dönəmdə belə İran iqtisadiyyatının indiki qədər sarsıntılı bir vəziyyətdə olmadığını vurğulayır. “Amerikanın Səsi”nə danışan iqtisadçının sözlərinə görə, ölkə iqtisadiyyatı keçmiş dönəmlərdə olduğu kimi bu gün də xəstə vəziyyətindədir, amma indi həm dövlət qurumlarındakı yeyinti və korrupsiya artmış, həm də əhalinin keçmişdəki qədər dövlətə etimadı qalmayıb.

 

“İranın iqtisadiyyatı dövlətə bağlı və rent iqtisadiyyatıdır. Bu, xəstəliyə tutulmuş bir iqtisadiyyat sayılar. Çünki təməl daşları yanlış qoyulmuş. Günümüzə gəldikcə də mənfi cəhətləri daha ağır şəkildə üzə çıxmış və kontrololunmaz bir hal almışdır,” Mehdi Nəimi söyləyir.

 

O, İran-İraq müharibəsindən sonrakı dövrdə belə iqtisadiyyatın bu qədər sarsıntılı durumda olmadığını deyir:

“İranın Mərkəzi Bankının verdiyi rəqəmlərə görə, İran-İraq müharibəsindən sonra inflyasiya səviyyəsi 49 faizə çatmışdı. Yəni ən yüksək səviyyə o dönəmdə olub. Amma o dönəm iqtisadiyyat indiki qədər sarsıntılı olmamışdı. Çünki, o zaman deyilirdi ki, konstruksiya dönəmidir... Xarici valyutanın qiymətini nəzərdə tutsaq, inflyasiya daha çoxdur...”

 

Mehdi Nəimi əhalinin dövlət qurumlarına etimadının büsbütün itdiyini qeyd edir:

"Keçmişdə yeyinti və korrupsiya bu qədər deyildi. Yeyinti artıq toplumun alt səviyyələrində də çoxalıb."

 

Bəzi müxaliflər İslam Respublikasının “dolların qiyməti ilə oynadığını” irəli sürürlər. Mehdi Nəimi isə tamamilə dövlətə bağlı bir iqtisadiyyata sahib olan İranda bunun mümkün olduğunu deyir.

 

Onun dediklərinə görə, “İranda Mərkəzi Bankın müstəqilliyi olmadığı üçün hakimiyyətin əli açıq olur. Yəni sərbəst market, sərbəst iqtisadiyyat olmadığı üçün dövlət hər yerə müdaxilə edə bilir. İstədiyi zaman medianı da yönləndirib, bazara yanlış məlumat verə bilir. Dolları bazara gətirən də dövlət özüdür.”

 

Nəimi İranda hökumətin xarici valyuta üzərində az qala total nəzarətə sahib olduğunu vurğulayır:

“İran dövləti neft və qazı dollara satır. Yəni dollarla qazanır və maaşları rialla ödəyir... Buna görə, dolların bahalaşması bu dövlətin xeyrinə ola bilər.” (Amerikanın səsi)

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/dollarla-pul-qazan%C4%B1b-maa%C5%9Flar%C4%B1-rialla-%C3%B6d%C9%99y%C9%99n-i%CC%87slam-respublikas%C4%B1/4608884.html

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18