Məhəmməd İbrahiminin “Traxtur”dan ayrılması qətiləşib / Azərbaycan klubu Sruş Rəfiinin şərtləri ilə razılaşmayıb

Məhəmməd İbrahiminin “Traxtur”dan ayrılması qətiləşib /  Azərbaycan klubu Sruş Rəfiinin şərtləri ilə razılaşmayıb

GünAz TV: Təbrizin “Traxtur” futbol klubuna oyunçu transferi ilə bağlı son məlumat yayılıb.

 

Kütləvi informasiya vasitələrində yayılan informasiyaya görə, “Traxtur”un ötən mövsümdəki hücumçusu Məhəmməd İbrahiminin komandadan ayrılması artıq qətiləşib, onun Tehranın “Peykan” klubu ilə müqavilə bağlıdığı bildirilir.

Ötən günlərdə Azərbaycan klubunun bəzi məsulları M.İbrahimini komandada saxlamağa səy göstəriblər, lakin bütün cəhdlərə baxmayaraq bu mümkün olmayıb və futbolçunun komandadan ayrılmasına qərar verilib.

 

Digər məşhur hücumçu Sruş Rəfiinin də artıq “Traxtur”a transfer edilməyəcəyi açıqlanıb. Azərbaycan klubunun məsulları onu komandaya cəlb etməyə çalışsalar da, bu mümkün olmayıb. Məlumata görə, S.Rəfii qarşıdakı mövsümün ikinci yarısında “Perpolis”ə qatılsın deyə “Traxtur” klubuna yalnız 6 aylıq müqavilə imzalamağı təklif edib, lakin bu təklif klub məsulları tərəfindən rədd edilib və bununla da S.Rəfiinin “Traxtur”a transer ediləməsi ehtimalı qalmayıb.


Bu arada “Traxtur” komandası İran üzrə futbol klublarının 18-ci super liqa yarışlarına hazırlıq üçün yeni məşqlərə start verib. İyunun 19-da keçirilən məşqə, baş məşqçi Con Toşak olmadığından Kazim Mahmudi rəhbərlik edib. Yeni baş məşqçi Con Toşakın iyunun 24-də Təbrizə gələcəyi bildirilir.

 

Super liqa yarışlarından əvvəl Azərbaycan komandasının iyulun 4-dən 18-dək təlim-məşq toplanışı keçirəcəyi xəbəri də yayılan məlumatlar arasındadır. Toplanışın harada keçiriləcəyi hələlik məlum deyil.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN