Məhəmməd Təqəvi “Traxtur”un baş məşqçisi vəzifəsindən istefa verib

Məhəmməd Təqəvi “Traxtur”un baş məşqçisi vəzifəsindən istefa verib

GünAz TV: Con Toşak komandadan ayrıldıqdan sonra Təbrizin “Traxtur” futbol komandasını çalışdıran Məhəmməd Təqəvi baş məşqçi vəzifəsindən istefa verib.

 

O bu barədə yanvarın 10-ü, səhər saatlarında sosial şəbəkələrdə məlumat yayıb.

 

Yazılı istefa məktubunun bir neçə saat sonra klub rəhbərliyinə təqdim olunduğu bildirilir.

 

Kütləvi informasiya vasitələrində yayılan məlumata görə, M.Təqəvi klub məsullarından incidiyi üçün belə bir qərar verib. O istefasının mətnində də dolayı yolla bunu çatdırmağa çalışıb, lakin konkret olaraq hansı səbəbdən istefa verdiyini açıqlamayıb.

 

Məlumata görə, son vaxtlar klub rəhbərliyi bir neçə xarici baş məşqçi ilə müzakirələr apararaq onlardan birini  komandaya cəlb etməyə çalışıb. M.Təqəvi isə məsulların ona etimad etmədiyindən və başqa baş məşqçi axtardıqlarından narahat olub. Yeni baş məşqçi ilə bağlı söhbətlər ciddiləşdikdən sonra M.Təqəvi tutduğu vəzifədən istefa verib.

 

Yayılan məlumata görə, klub rəhbərliyi M.Təqəviyə baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərməyi təklif edib. Lakin klub rəhbərliyinin özünə qarşı münasibətindən narahat olan Məhəmməd Təqəvi istefa verərək komandadan ayrılacağını bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN