Məhəmmədrza Zenuzi: Mustafa Dənizli mövsümün sonunadək “Traxtur”un baş məşqçisi olaraq qalacaq

Məhəmmədrza Zenuzi: Mustafa Dənizli mövsümün sonunadək “Traxtur”un baş məşqçisi olaraq qalacaq

GünAz TV: “Baş məşqçi Mustafa Dənizli mövsümün sonunadək komandada öz fəaliyyətini davam etdirəcək.”


“Vərzeş 3” saytının yaydığı məlumata görə, bu sözləri Güney Azərbaycanın “Traxtur” futbol klubunun sahibi Məhəmmədrza Zenuzi bildirib.


Klub sahibi “Traxtur” son 3 görüşdə Abadanın “Neft” komandası, eləcə də “İstiqlal” və “Sepahan” komandalarına uduzduqdan sonra baş məşqçi Mustafa Dənizlinin komandadan kənarlaşdırılacağı ilə bağlı yayılan şayiələrə cavab olaraq bu barədə danışıb.


“Cənab Mustafa Dənizli çox təcrübəli, səviyyəli və hörmətli bir baş məşqçidir. Bizim fikrimizə görə, onun “Traxtur”a baş məşqçi olması super liqaya xüsisi əhəmiyyət qazandırıb. Ona görə də onu rahat şəkildə əldən verə bilmərik.
Doğrudur, son 3 görüşdə “Traxtur” gözləndiyi kimi çıxış edə bilməyib. Lakin mən düşünürəm ki, bunun başqa səbəbləri də var. Misal üçün “İstiqlal”la görüşdə hakim məsələsi o cümlədəndir. İstənilən halda, biz son 3 görüşdən əvvəlki duruma qayıtmağa çalışacayıq. Ümid edirəm ki, mövsümün birinci yarısında turnir cədvəlinin birinci pilləsinə yüksələk.”- deyə o bildirib.


“Traxtur” klubunun sahibi sözlərinin sonunda komanda tərəfdarlarına görüşlərdə göstərdikləri aktivliyə görə xüsusi təşəkkürünü bildirib, o “İstiqlal”la görüşdə 100 min nəfərin tamaşaçı qismində iştirak etməsini yüksək qiymətləndirib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN