Məktəblərdə yerli dillər tədris oluna bilər – Əli Mütəhhəri

Məktəblərdə yerli dillər tədris oluna bilər – Əli Mütəhhəri

GünAz TV: İran Parlamentinin Mədəniyyət Komisiyyasının üzvü məktəblərdə yerli dillərin tədris edilməsi ilə bağlı  heç bir maneənin olmadığını bildirib.

 

Əli Mütəhhər avqustun 2-də Məclisin (parlament) xəbər agentliyi ilə danışığında konstitusiyanın 15-ci maddəsinə işarə edərək bu barədə məlumat verib.

 

O bildirib ki, məktəblərdə müxtəlif qövmlərin ədəbiyyatı, o cümlədən türk dilinin tədisi üçün bir dərsliyin nəzərdə tutulmasının heç bir problemi yoxdur, lakin bütün hallarda rəsmi dil fars dili olmalıdır.

 

Əslində Tehranın millət vəkili Şərqi Azərbaycan Təhsil İdarəsinin Təbrizin bir neçə məktəbində türk dilinin tədrisi istiqamətində həftədə iki saat sınaq dəsrlərinə başlanılması haqda verdiyi vədə işarə edib.

 

O əlavə edib ki, islam irq və qövmçülüyə heç bir əhəmiyyət vermədiyi üçün bu məsələ ölkə üçün hər hansı problem yaratmaz. Dil fərqliliyi milli təhlükəsizliyimizi sual altına almır.

“İran əhalisinin birlik rəmzi islam dinidir. Ləhcə və dillərin çox və fərqli olması ölkənin milli təhlükəsizliyini təhdid etmir.”- deyə Əli Mütəhhəri bildirib.

 

Avqust ayında Şərqi Azərbaycan Təhsil İdarəsinin rəisi Cəfər Paşayi yeni dərs ilində türk dilinin tədrisi istiqamətində sınaq dəsrlərinə başlanılacağını bildirmişdir.

“Bu il yeni dərs ilində Şərqi Azərbaycanın bəzi məktəblərində türk dilinin tədrisinə başlanılacaq və tələbələrə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq.”- deyə o qeyd etmişdir.

 

Təhsil İdarəsinin rəisi türk dili dərslərinin eksperimental tətbiqinin təhsil nazirinin verdiyi sərəncama əsaslandığını bildirmişdir.

 

İranda on milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq, ölkə üzrə yayımlanan türk dilində televiziya və qəzet, eləcə də bir çox milli və mədəni hüquqdan məhrumdur. İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, məktəb və universitetlərdə türk dilinin tədris olunmasına icazə vermir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazı ilə qarşılanır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN