Məlikanın millət vəkilinin cinsi təcavüzünə məruz qalan qızın şübhəli ölümü haqda BMT-yə raport verilir

Məlikanın millət vəkilinin cinsi təcavüzünə məruz qalan qızın şübhəli ölümü haqda BMT-yə raport verilir

GünAz TV: Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Məlikanın sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan qızın şübhəli ölümü haqda Birləşmiş Millətlər Təşkilatına (BMT)  məlumat verib.

 

Bu barədə Cəmiyyətin (Ərk) müdiri Dr. Jalə Təbrizi dekabrın 7-də Facebook səhifəsində məlumat yayıb.

 

Təcavüzə məruz qalan Zəhra Nəvidpurun şübhəli ölümü haqda raport hazırladıqlarını bildirən Dr. Jalə Təbrizi ingilis dilində yazılan raportun mətninin bir hissəsini yayıb.

Bildirilib ki, Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin  bu barədə hazırladığı raport BMT-yə təqdim olunub, mövzu ilə bağlı BMT-yə əlavə məlumat da göndəriləcək.

 

Güney Azərbaycan Televiziyasına verilən məlumata görə, Z.Nəvidpurun cəsədi yanvarın 6-da Məlikanın Farabi Xəstəxanasına aparılıb.

 

28 yaşlı qız xəstəxanaya intiqal edilən zaman onda həyat əlaməti olmayıb.

 

Bəzi mənbələr onun intihar etdiyini bildirib, lakin bu xəbər hələ öz təsdiqini tapmayıb.

 

O son 4 il ərzində sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. Bu barədə məhkəmə araşdırmaları heç bir nəticə verməyib, qız isə davamlı olaraq millət vəkilinin əlaltıları tərəfindən təhdid edilib.

 

Zəhra Nəvidpur təcavüz məsələsini ifşa etməsin deyə Salman Xudadadi tərəfindən ölümlə də hədələnib. Təhdidlərin Səs Faylı və videosu bundan əvvəl GünAz TV-nin “165 dəqiqə” proqramında yayımlanıb.

 

Hazırda İran parlamentinin ictimai komissiyasının rəisi olan Salman Xudadadi ötən illərdə ona müraciət edən bir qadın və öz katibəsinə təcavüz etməkdə ittiham olunub və bununla bağlı bir müddət saxlanılıb.

 

Salman Xudadadi bundan əvvəl Ərdəbil Ettelaat Şöbəsinin rəisi və Məlikan “Sepah”ının komandanı olub.

 

Parisdə fəaliyyət göstərən Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyəti, Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda çalışır.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN