Məlikanın sözdə millət vəkilinin cinsi təcavüzünə məruz qalan qız şübhəli şəkildə ölüb

Məlikanın sözdə millət vəkilinin cinsi təcavüzünə məruz qalan qız şübhəli şəkildə ölüb

GünAz TV: Məlikanın sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun cansız bədəni anasının evində tapılıb.

 

Güney Azərbaycan Televiziyasına verilən məlumata görə, Z.Nəvidpurun cəsədi yanvarın 6-da Məlikanın Farabi Xəstəxanasına aparılıb.

 

28 yaşlı qız xəstəxanaya intiqal edilən zaman onda həyat əlaməti olmayıb.

 

Bəzi mənbələr onun intihar etdiyini bildirib, lakin bu xəbər hələ öz təsdiqini tapmayıb.

 

O son 4 il ərzində sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. Bu barədə məhkəmə araşdırmaları heç bir nəticə verməyib, qız isə davamlı olaraq millət vəkilinin əlaltıları tərəfindən təhdid edilib.

 

Bu barədə saytımızda daha ətraflı məlumat yayılacaq.

 

Z.Nəvidpurun millət vəkilini ifşa etməklə bağlı videosu 2018-ci il noyuabrın 19-da GünAz TV-nin “165 dəqiqə” proqramında yayımlanıb.

 

https://www.youtube.com/watch?v=dkOvSsV4320

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN