Mərənd-Culfa yolunda baş vermiş qəzada bir ailənin bütün üzvləri yanaraq ölüb

Mərənd-Culfa yolunda baş vermiş qəzada bir ailənin bütün üzvləri yanaraq ölüb

GünAz TV: Güney Azərbaycanın qeyri- standart və bərbad vəziyyətdə olan yolları yenə can alıb.


Ötən gecə Mərənd-Culfa yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində cavan ailənin 3 üzvü yanaraq faviəvi şəkildə ölüb.


Şərqi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumatına görə, hadisə İran istelsalı olan "Pejo Pars" və "Dena" markalı avtomobillərin toquuşması nəticəsində meydana gəlib. Qəzanın şiddətindən "Pejo Pars" markalı avtomobil alovlanıb və nəticədə 1 cavan ailənin 3 üzvü- ata, ana və övlad yanaraq dünyasını dəyişib. Hadisədə yaralanan digər 3 nəfər isə xəstəxanaya çatdırılıb.


Qeyd etmək lazımdır ki, İran və Güney Azərbaycan yollarının bərbad vəziyyətdə olması, eləcə də bu ölkə istehsalı olan maşınların heç bir təhlükəsizlik standartlarına cavab verməməsi tez-tez belə faciələrə yol açır.


Ötən həftə Şərqi Azərbaycan əyalətinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi aprel ayından oktyabr ayının sonuna qədər əyalət ərazisində baş verən qəzalar nəticəsində 584 nəfərin həyatını itirdiyi barədə məlumat yaymışdı.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN