Mərənd dağlarında yoxa çıxan təbrizli alpinistdən heç bir xəbər yoxdur

Mərənd dağlarında yoxa çıxan təbrizli alpinistdən heç bir xəbər yoxdur

GünAz TV: Ötən günlərdə Mərənd dağlarında yoxa çıxan təbrizli alpinist (dağçı) Ətabək Torabidən heç bir xəbər yoxdur.


Bu barədə Mərənd Qızıl Aypara Cəmiyyətinin rəisi Həbib Zülfiqari jurnalistlərlə danışığında bildirib.


“Cümə günü 11 nəfərlik qeyri-peşəkar alpinistdən ibarət bir qrup Mişov yüksəkliklərinə çıxmaq məqsədi ilə Təbrizdən Mərəndə yola düşüb. Alpinistlər qayıdarkən onlardan biri yoxa çıxıb. Bu günə qədər onun taleyi barədə heç bir məlumat yoxdur”- deyə o bildirib.


H.Zülfiqari əlavə edib ki, “hadisə baş verəndən bir neçə saat sonra Mərənd Qızıl Aypara Cəmiyyətinə xəbər verilib. Bundan dərhal sonra hadisə yerinə xilasedici peşəkar qrup göndərilib. Onlar məntəqənin bir hissəsini axtarıblar, lakin havanın qarlı-boranlı olmasından əyalət mərkəzindən yardım istəməli olduq.  Mərkəzdən 3 peşəkar xilasedici qrup hadisə yerinə göndərildi. Buna baxmayaraq bu günə qədər heç bir nəticə əldə olunmayıb. Axtarışlar isə davam edir.”


Qızıl Aypara Cəmiyyətinin rəisinin sözlərinə görə, axtarışların davamı üçün məntəqəyə helikopter göndərilməsi tələb olunub, buna razılıq da verilib. Lakin hava şəraitinin əlverişli olmadığı üçün helikopterin axtarış aparmasına imkan yoxdur.


Xatırladaq ki, yanvarın 19-da 11 nəfər Mişov yüksəkliklərinə çıxmaq məqsədi ilə Təbrizdən Mərəndə yola düşüb. Onların 10-u sağ-salamət Təbrizə qayıdıb, lakin 29 yaşlı Babək Torabi dağda yoxa çıxıb, onun taleyi hələlik naməlum olaraq qalır.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN