Mərəndin millət vəkili bir vətəndaşın ünvanına təhqiramiz ifadələr işlədib – VİDEO

Mərəndin millət vəkili bir vətəndaşın ünvanına təhqiramiz ifadələr işlədib – VİDEO

GünAz TV: Culfa şəhərindən yayılan bir videoda bu şəhərin millət vəkili Məhəmməd Həsənnəjadın vətəndaşlardan birini təhqir etdiyi görünür.

 

Millət vəkilinin bu hərəkəti azərbaycanlı internet istifadəçilərinin kəskin reaksiyasına səbəb olub.

 

Mərənd və Culfanın millət vəkili cümə namazının qılındığı yerdən çıxarkən ətrafdakı bir şəxsin ünvanına təhqiramiz ifadələr işlədib.

 

Onun şəhərin imam cüməsi və əhalinin gözü qarşısında dilə gətirdiyi xoşagəlməz sözlərini öz dilindən eşidə bilərsiniz.

 

https://www.youtube.com/watch?time_continue=13&v=iLvXrZ7eWw4

 

 

Bu barədə Məhəmməd Həsənnəjad “Azərbaycan və Məclis” yerli xəbər agentliyinə danışıb.

“Araz Azad Ticarət Məntəqəsi Təşkilatının işçilərindən biri inqilaba zidd olan Şiraz Firqəsi ilə əlaqədə olduğu üçün işindən azad edilib. İndi bir nəfər hər bir mərasimdə mənə yaxınlaşaraq onu işinə qaytarmağımı istəyir. Ona deyirəm ki, mən qanunun qarşısında heç nə edə bilmərəm, lakin yenə də yaxamı buraxmır. Bu hadisə bir neçə ay əvvəl baş verib. İndi isə bəziləri, filmin əsas hissəsini və onun dilə gətirdiyi  təhqiramiz sözləri ləğv edərək mənə qarşı təxribat aparmağa çalışır”- deyə millət vəkili sözlərinin bir hissəsində qeyd edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN