Meşginşəhrdə 3 min illik kurqan tapılıb

2019-07-08 08:39

GünAz TV: Ərdəbil Əyalətinin Meşginşəhr (Xiyav) şəhərində qədim türklərə aid 3 min illik kurqan tapılıb.

 

Bu barədə Ərdəbil Əyaləti Mədəni İrs İdarəsinin rəisi Nadir Fəllahi jurnalistlərə açıqlama verib.

 

“Bu kurqan dəmir dövrü və eradan əvvəl birinci minilliyə (3 min il əvvəl) aiddir. Onun gil-palçıq memarlığı və düzbucaq şəkilində olan cənazə basdırma yerləri var. Palçıqdan olan məqbərələrin ətrafı və üstü eni və uzunluğu 2 metrdən çox olan daşlarla örtülüb.

Kurqan insan müdaxiləsi və təbii hadisələrdən qorunsun deyə bir təpənin üstündə düzəldilib.”- deyə o bildirib.

 

Kurqanın bölgədə Sakaların olduğü dövrə aid olduğunu ehtimal edən Nadir Fəllahi bu tipli tarixi məqbərənin ilk dəfə ölkənin şimal-qərbində tapıldığını bildirib.

 

İran kurqanların qədim türk millətinə aid olduğunu inkar edir. Lakin tarixçilər bu məqbərələrin türklərin yaşadığı coğrafiyalarda (Monqolustan, Şərqi Türkistan, Orta Asiya, Qafqaz, Güney Azərbaycan, Türkiyə, Macarıstan və s. kimi bölgələr) tapıldığını və onlara aid olduğunu bildirir. Güney Azərbaycanda tapılan kurqanların əhəmənilərdən əvvələ aid olması türklərin bugünkü İran coğrafiyasında dərin tarixə malik olduğunu sübut edən daha bir faktdır.

 

Bu barədə ötən aylarda GünAz TV-də yayımlanan sənədli filmi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=zOQvKP91bCE

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12

gun az article

Siyasi fəal Kave Şirzad tanınmış milli fəalın azadlığa buraxılmasını tələb edib – VİDEO

2020-07-12

gun az article

İnsan hüquqları fəallarının Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etirazları davam edir – VİDEO

2020-07-12

gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11

gun az article

Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11

gun az article

Ərdəbildə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-07-11

gun az article

İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

GünazTV Juluy.10.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-11

gun az article

GünazTV July.10.2020-QADINCA: Milli hərəkatını mübariz simvolu Abbas Lisaninin 15 illik həbsi

2020-07-11

gun az article

GünazTV July.10.2020: İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

2020-07-10

gun az article

Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir

2020-07-10

gun az article

İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün ləğv edilməsini tələb edib

2020-07-10

gun az article

Güney Azərbaycan yollarında baş verən qəzalarda 8 nəfər ölüb

2020-07-10

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

2020-07-10

gun az article

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

2020-07-10

gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10