Meşginşəhrdə baş verən yol qəzasında 4 Azərbaycan vətəndaşı ölüb

Meşginşəhrdə baş verən yol qəzasında 4 Azərbaycan vətəndaşı ölüb

GünAz TV: Ərdəbil Əyalətində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Qəzada 4 Azərbaycan Respublikasının vətəndaşı həyatını itirib.

 

Yanvarın 5-də Meşginşəhr (Xiyav) məntəqəsində yerləşən Rəzi şəhərinin 5 kilometrliyində “Pejo” və “Səmənd” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 4 sərnişin ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Ərdəbil-Muğan Yol Polisi İdarəsinin rəisi Məhəmməd Təriqi qəzada ölənlərin Azərbaycan vətəndaşı olduğunu bildirib. Onun sözlərinə görə, yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN