Meşginşəhrin Moil mədəninin torpağı hökumət məsulları tərəfindən talanır - VİDEO

Meşginşəhrin Moil mədəninin torpağı hökumət məsulları tərəfindən talanır - VİDEO

GünAz TV: Güney Azərbaycanın Meşginşəhr (Xiyav) məntəqəsində yerləşən Moil mədəninin torpağı hökumət rəsmiləri tərəfindən talanır.

 

Mədən Meşginşəhrin cənub tərəfində, Savalan dağının ətəyində, “Moil” istusu bulağının yaxınlığında yerləşir.

 

Moil mədəninin torpağı təxminən 8 ildir ki, hökumət rəsmiləri tərəfindən qanunsuz şəkildə bölgədən çıxarılır. Onların qaçaqmalçılığı ərazinin böyük hissəsinin təxrib olunmasına səbəb olub.

 

Deyilənlərə görə, bölgədən çıxarılan torpaqda 18 növ xəlitə (alyaj) var, onun əsas hissəsi dəmir və misdən ibarətdir. Mədən məhsulunun Çin şirkətlərinə satıldığı bildirilir.

 

https://www.youtube.com/watch?time_continue=1&v=BHT22GfGOQI

 

Mədənlərin torpağının xammal kimi Güney Azərbaycan əyalətlərindən çıxarılması yeni məsələ deyil. Hətta məşhur Süngün Mis Mədəninin torpağı da xammal şəkilində İranın mərkəz şəhərlərinə, o cümlədən Kirmana daşınır. Ona görə də bölgə əhalisi öz məntəqəsinin təbii sərvətlərindən istifadə edə bilmir. Bütün bunlar o halda baş verir ki, Güney Azərbaycanda yoxsulluq və işsizlik hökm sürür, əhali yoxsulluqdan öz kənd və şəhərini tərk edərək İranın digər bölgələrinə köçür.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN