Məşhur əmanətçinin heykəli ucaldıldı – Zəncanda / GÖRÜNTÜ

Məşhur əmanətçinin heykəli ucaldıldı – Zəncanda / GÖRÜNTÜ

GünAz TV: Zəncanda məşhur azərbaycanlı əmanətçi, Hacı Həsən Nə`lçigərin heykəli ucaldılıb.

 

Onun heykəli əmanət verilmiş bir velosipedi 45 il saxladığı üçün küçələrin birində quraşdırılıb.

 

Heykəl əmanətdarlıq ənənəsini qoruyub saxlamaq və sədaqətli olmağı təbliğ etmək məqsədi ilə ucaldılıb.

 

Hacı Həsən Nə`lçigər əmanət olan bir velosipedi sahibinə çatdırmaq üçün 45 il onu saxlayıb. O hər gün mağazasını açdıqdan sonra velosipedi iş yerinin önünə çıxarıb, axşam saatlarında mağazanı bağlarkən onu içəri aparıb, lakin velosipedin sahibi heç vaxt geri dönməyib.

 

Hacı Həsən Nə`lçigər dekabr ayında 82 yaşında dünyasını dəyişib.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN