Məşhur güney azərbaycanlı şair ustad Marağalı Kərimi xəstəxanaya yerləşdirilib

Məşhur güney azərbaycanlı şair ustad Marağalı Kərimi xəstəxanaya yerləşdirilib

GünAz TV: Güney Azərbaycanın tanınmış şairlərindən olan ustad Marağalı Kərimi şiddətli ürək ağrılarından Marağada xəstəxanaya yerləşdirilib.

 

Görkəmli satirik şair türk dilində klassik üslübda şeir yazır. Onun dövründə baş verən hadisələr və bəzi adət-ənənlərlə bağlı satirik şeirləri dillər əzbəridir.

 

Bəzi xəbər agentlikləri səhvən görkəmli şairin vəfat ediyini yazıb, lakin xoşbəxtlikdən onun ölümü ilə bağlı yayılan xəbər yanlışdır, o hal-hazırda müalicə olunur.

 

Ustad Marağalı Kərimi 1931-ci ildə Güney Azərbaycanın Marağa şəhərində dünyaya göz açıb.

 

Görkəmli şairin bu günə qədər onlarla şer toplusu ışıq üzü görüb. Onun satirik şerlərinin çoxu altı cildlik məşhur Rəngarəng kitabında yayılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN