Məşhur paniranist bələdiyyə başqanının müşaviri oldu – Təbrizdə

Məşhur paniranist bələdiyyə başqanının müşaviri oldu – Təbrizdə

GünAz TV: Təbrizin bələdiyyə başqanı İrəc Şəhin Baher antitürk mövqeyi ilə seçilən tanınmış paniranist İsfəndiyar Qarabağini mədəniyyət və incəsənət işləri üzrə müşavir təyin edib.

 

Bələdiyyə başqanının İ.Qarabağiyə ünvanlandığı hökm “Şəhriyar” saytında dərc olunub. “Keçmişdəki fəaliyyət və təcrübələrinizi nəzərə alaraq, sizi mədəniyyət və incəsənət işləri üzrə bələdiyyə başqanına müşavir təyin edirəm”- deyə qeyd olunub.

 

İ.Qarabağinin uzun illər Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe kimsədə şübhə doğurmur.

 

2014-cu ildə Salmas şəhərinin bələdiyyə başqanı türk kimliyini müdafiə etmək məqsədi ilə bu şəhərin meydanlarından birində ucaldılan Firdovsinin heykəlini meydandan götürmüşdür. Həmin hadisəyə görə, paniranist qüvvələr İran prezidentinə xitabən bəyanat yaydılar, İ.Qarabaği sözügedən bəyanatı imzalayan şəxslərdən biri olub. Bəyanatı imzalayanlar ölkənin mədəni birliyinin təhlükəyə düşdüyündən nigaran olduqlarını diqqətə çatdıraraq Qərbi Azərbaycan və Salmasın kimliyinin türklərin xeyirinə olaraq dəyişdirildiyini iddia edib, bu hərəkəri sərt şəkildə qınamışdılar.

 

İ.Qarabaği təbrizlidir, o uzun illər müğənni və musiqiçi kimi fəaliyyət göstərib. Onun İran İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən verilmiş klassik avaz üzrə doktorluq dərəcəsinə bərabər diplomu var. İncəsənət xadimi bir çox rəsmi orqanda mədəniyyət sahəsində fəaliyyət göstərib, o hər zaman İslam Cümhuriyyətinin ideologiyasını dəstəkləyib. Bəstəkarlıq sahəsində də fəaliyyət göstərən İ.Qarabaği son illərdə fars şovinizminin mənafeyi uğrunda çoxlu işlər görüb, bu istiqamətdə bir çox mahnı bəstələyib.

 

Təbrizin bələdiyyə başqanının belə bir şəxsi özünə müşavir təyin etməsi çox diqqətçəkicidir, bir çoxları bunu təəccüblə qarşılayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN