Məsud Pezeşkiyan: “Farsca yetərlilik” testini gündəmə gətirənlər nahaq yerə danışıblar...

Məsud Pezeşkiyan: “Farsca yetərlilik” testini gündəmə gətirənlər nahaq yerə danışıblar...

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan məktəblərdə “farsca yetərlilik” irqçi testinin tətbiq olunmasına öz münasibətini bildirib.

 

Planı gündəmə gətirənlərin böyük səhvə yol verdiyini deyən millət vəkili Quran ayəsinə işarə edərək heç bir qövmün digərindən üstün olmadığını bildirib.

 

“Məktəbə qədər fars dilini bilmək məsələsini gündəmə gətirməkdənsə, ana dilinin tədris olunmasına yol açmaq lazımdır. İngilis və ərəb dilləri kimi xarici dillər tədris olunur, lakin qövmlərin dilinin tədris olunmasına imkan verilmir, bu qəbuledilməzdır.

Fars dilində təhsil almaq qanuna uyğundur. Lakin kimsədən məktəbə qədər fars dilini bilməyi tələb etmək qanunaziddir.

Ana dili ilə bağlı olan konstitusiyanın 15-ci maddəsinin icra edilməsi ilə əlaqədar keçmiş təhsil naziri ilə söhbətlərimiz olub. Bu barədə yeni nazirlə də müzakirə aparacayıq. Qanun icra olunmalıdır, əks halda bu məsələdən sui-istifadə oluna bilər.”- deyə o söhbətinin bir hissəsində qeyd edib.

 

Millət vəkilinin mövzu ilə bağlı etdiyi söhbəti aşağıdakı videodan olduğu kimi dinləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=83&v=wpOZWfqek_E

 

İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə ediləcəyini açıqlamışdır. O bu qərarı İranın dini lideri Əli Xamneyinin fars dilini öyrənməklə bağlı tövsiyyəsinə diqqət yetirmək, təhsildə ədaləti təmin etmək və ikidilli bölgələrdə şagirdlərə “gec öyrənən” etiketinin vurulmasının qarşısını almaqla əlaqələndirmişdir.

Plana görə, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.

 

İrqçi layihə ilk dəfə gündəmə gətirilən zaman ona qarşı çoxlu etirazlar oldu, lakin İran rejimi əhalinin etirazına məhəl qoymadan planı bəzi məntəqələr, o cümlədən bir neçə Azərbaycan şəhərində həyata keçirməyə başladı. Məqsəd məktəbə gedənə qədər ana dilini öyrənmək imkanını uşaqlardan almaq və ailələri evdə fars dilində danışmağa vadar etməkdir. Soydaşlarımız İran rejiminin asilmilasyon siyasətinin tərkib hissəsi olan planın irqçilik zəminində həyata keçirildiyinə inanır.

 

İran dövlətinin xəbər agentliyi “İrna” iyulun 31-də ““farsca yetərlilik” testi qalmaqalı, dövlətin nailiyyətinə qarşı çıxmayın” başlıqlı bir mətn dərc edərək sözügedən testin məktəblərdə tətbiq edilməsini təsdiqləmişdir.

Agentlik bu barədə Qərbi Azərbaycanın Makı və Şot şəhərlərindən olan iki valdeyindən müsahibə almışdır. Valdeyinlər testin uşaqlar, o cümlədən övladlarının üzərində tətbiq olunmasını təsdiq etmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN