“Milan”ın keçmiş oyunçusu yaxın günlərdə Təbrizə qayıda bilər

“Milan”ın keçmiş oyunçusu yaxın günlərdə Təbrizə qayıda bilər

GünAz TV: Səhətindəki problemlə əlaqədar bir müddət əvvəl Təbrizi tərk edən bu şəhərin “Traxtur” futbol  komandasının ulduz oyunçusu Kevin Konstant yaxın günlərdə qayıda bilər.

 

Müalicəsinin davamı üçün Corc Likenzin yetirmələrindən ayrılaraq İtaliyaya getməyə məcbur olan futbolçunun artıq qayıtmağa hazırlaşdığı bildirilir.

 

İran mətbuatında yayılan məlumata görə, futbolçu viza aldıqdan sonra ölkəyə geri dönəcək.

 

“Traxtur” klubu yanvar ayında İtaliyanın “Milan” komandasının keçmiş yarımmüdafiəçisi ilə 3.5 illik müqavilə bağlayıb. Oyunçunun müalicəsi ilə əlaqədar onunla bağlanan müqavilə klub tərəfindən dondurulmuşdur.

 

Kevin Konstantın 31 yaşı var. O Fransada doğulub, lakin Qvineyanın milli komandasında oynayır. Futbolçu bundan əvvəl “AC Milan”, Türkiyənin “Trabzonspor”, İtaliyanın “Bolonya” və İsveçrənin “FC Sion” klublarında oynayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN