Millət vəkili Salman Xudadadi barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı ziddiyyətli açıqlamalar...

Millət vəkili Salman Xudadadi barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı ziddiyyətli açıqlamalar...

GünAz TV: Xəbər verdiyimiz kimi, İran mətbuatı ötən günlərdə Məlikanın millət vəkili Hacı Salman Xudadadi barəsində məhkəmə hökmü çıxarıldığı haqda məlumat yayıb. Ölkənin yüksək rütbəli rəsmi şəxsləri isə bu barədə ziddiyyətli açıqlamalar verir.

 

Tehran Əyaləti Ədliyyə İdarəsinin rəisi Qulam Hüseyn İsmaili cümə günü “Mizan” agentliyinə verdiyi müsahibədə millət vəkili haqda məhkəmə hökmünün çıxarıldığını təsdiq edib. O Salman Xudadadinin adını çəkməsə də, xəbəri dolayısı ilə təsdiqləyib. “Bir millət vəkili barəsində yenicə qərar çıxarılıb. Lakin hökm qəti olmadığı üçün təfərrüatı barədə heç bir şey deyə bilmərəm”- deyə o bildirib.

 

Bundan sonra bir neçə mətbuat orqanı, o cümlədən “Fars” xəbər agentliyi sözügedən hökmün Salman Xudadadiyə aid olduğunu qeyd edib.

 

Mətbuat nümayədləri mövzu ilə bağlı deputatların davranışına nəzarət edən heyətin sözçüsü Məhəmməd Cavad Camaliyə də müraciət ediblər, lakin onlara fərqli cavab verilib. “Bir millət vəkili barəsində hər hansı hökm çıxarılarsa, bu barədə mütləq bizə məlumat verilməlidir. Lakin bu haqda bizə heç bir məlumat daxil olmayıb”- deyə o bildirib.

 

Ötən günlərdə kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Zəhra Nəvidpurun dosyesi ilə əlaqədar İran parlamentinin ictimai komissiyasının rəisi Hacı Salman Xudadadi barəsində qərar verilib. Tehran Cəza Məhkəməsinin 5-ci Şöbəsi millət vəkilinə qadına təcavüz ittihamı bağlı bəraət verib, lakin onu qeyri-məşru cinsi əlaqədə olmaqda günahlandıraraq barəsində 2 il işindən uzaqlaşdırma, 2 il sürgün və 99 şallaq zərbəsi hökmü çıxarıb.

 

Məhkəmə o halda Salman Xudadadi barəsində cinsi təcavüzlə bağlı bəraət hökmü çıxarıb ki, Zəhra Nəvidpur həyatdaykən 4 il müddətinə cinsi təcavüzə məruz qaldığına dair məhkəmə orqanları, insan hüquqları təşkilatları və kütləvi informasiya vasitələrinə bir çox sənədlər təqdim edib.

 

Məlikanın vaxtı ilə “Sepah” üzvü olan millət vəkili və onun əlaltıları Zəhra Nəvidpuru dəfələrlə qətlə yetirməklə təhdid edib. Cinsi təcavüzə məruz qalan xanım qətlindən əvvəl bu barədə çoxlu sənədlər ifşa etmişdir.

 

28 yaşlı Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Bununla bağlı Salman Xudadadi barəsində bir çox məsələni ifşa edən material 2018-ci il noyabrın 19-da GünAz TV-nin “165” verilişində yayımlanıb.

Zəhra Nəvidpurun şübhəli ölümü Güney Azərbaycanda bir çox etirazlara səbəb olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN