Milli-mədəni fəallar yenicə azadlığa buraxılan Müctəba Pərvinin görüşünə gedib – Ərdəbildə

Milli-mədəni fəallar yenicə azadlığa buraxılan Müctəba Pərvinin görüşünə gedib – Ərdəbildə

GünAz TV: Bir qrup güney azərbaycanlı fəal həbsxanadan yenicə azadlığa buraxılan milli-mədəni fəal Müctəba Pərvinin görüşünə gedib.

 

Görüş dekabrın 16-da Ərdəbildə fəalın ata evində baş tutub.

 

Azərbaycanlı fəal 3 aylıq həbs cəzasını çəkdikdən sonra dekabrın 15-də Ərdəbil zindanından azadlığa buraxılıb.

 

Müctəba Pərvin görüş zamanı Ərdəbil zindanının 1-ci korpusunda bir illik həbs cəzasını çəkməkdə olan azərbaycanlı fəal və yazıçı Rəhim Qulaminin sağlıq durumu haqda öz nigaranlığını bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN