Milli şüarlar səsləndirən “Traxtur” tərəfdarları Azərbaycan və Yaponiya bayraqlarını nümayiş etdiriblər – Tehranda / VİDEO

Milli şüarlar səsləndirən “Traxtur” tərəfdarları Azərbaycan və Yaponiya bayraqlarını nümayiş etdiriblər – Tehranda  / VİDEO

GünAz TV: Noyabrın 25-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” komandaları qarşılaşdı, oyun 0:0 hesabı ilə başa çatdı.

 

Ağır hava şəraitinə baxmayaraq görüşdə Güney Azərbaycanın müxtəlif şəhərlərindən gələn təxminən 40 min “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib və doğma komandaya dəstək nümayiş etdiriblər. Onlar oyunun 15-ci dəqiqəsində ana dilində təhsil tələbi ilə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı da səsləndiriblər. Soydaşlarımız bununla İranda ana dilinin tədrisini azad edən konstitusiyanın 15-ci maddəsinin icra olunmamasına etiraz bildiriblər.

 

https://www.youtube.com/watch?time_continue=5&v=w-LW1Z7M4zY

 

“Traxtur” tərəfdarları əksər görüşlərdə olduğu kimi, bu dəfə də stadionda Azərbaycanın üçrəngli bayrağını dalğalandırıblar. Onlar bununla öz milli kimliklərini İran rejiminə xatırladıb və Azərbaycan türkü olduqlarını bir daha elan ediblər.

 

https://www.youtube.com/watch?time_continue=8&v=mCGGWnG91y8

 

“Traxtur” tərəfdarları Yaponiyanın bayrağını da dalğalandırıb. İrqçi rejimdən cana gələn soydaşlarımız bununla fars şovinizminin simvollarından birinə çevrilən “Perspolis” və “İstiqlal” komandalarına deyil, onların xarici rəqiblərinə dəstək verdiklərini diqqətə çatdırıblar. Ötən günlərdə Yaponiyanın “Kaşima” komandası “Perspolis”i məğlub edərək Asiya çempionu olmuşdur.

 

https://www.youtube.com/watch?time_continue=7&v=gkaiowfaKGI

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN