Miyananın milət vəkili: “Şərqi Azərbaycanda mayə qaz çatışmır, Ermənistana qaz ixrac etmək yerinə...”

Miyananın milət vəkili: “Şərqi Azərbaycanda mayə qaz çatışmır, Ermənistana qaz ixrac etmək yerinə...”

GünAz TV: Şərqi Azərbaycan Əyalətinin Miyana şəhərinin İran parlamentindəki millət vəkili dövlət rəsmilərini təmsil etdiyi məntəqə və zəlzələ bölgəsi ilə bağlı verilən vədlərə əməl etməyə çağırıb.

 

Bu barədə Yaqub Şeyvyari dünən parlamentdə çıxışı zamanı danışıb.

“Ölkədə baş verən son hadisələr Azərbaycan zəlzələsi və Miyana seçki dairəsinin unudulmasına səbəb oldu. Mən məsulların diqqətini yenidən bu məntəqəyə cəlb etmək istəyirəm. Miyanada təbii fəlakət zamanı bir neçə insan həyatını itirdi. Zəlzələdən zərərçəkənlər hələ də çox ağır vəziyyətdə yaşayır. Bütün ölkə məsullarından istəyirəm ki, zəlzələ bölgəsi ilə bağlı verilən vədləri yerinə yetirsinlər.”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili prezident Həsən Ruhaniyə xitabən bildirib ki, sizin Şərqi Azərbaycan səfərinizin vaxtı çatıb. Zəlzələ bölgəsini də ziyarət edəcəksiniz, xahiş eliyirəm buraya əliboş gəlməyin.

 

Miyananın millət vəkili təmsil etdiyi məntəqənin daha bir problemi ilə bağlı ölkənin neft naziri Bijən Namdar Zəngənəyə səslənib. “Şərqi Azərbaycan Əyalətində, xüsusi ilə də Miyanada mayə qaz çatışmır, əhali bu vəziyyətə etiraz edir. Ermənistana qaz ixrac etmək yerinə İran əhalisi və əyalətlərə diqqət yetirin.”- deyə o vurğulayıb.

 

Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycan Əyalətinin Miyana məntəqəsinin Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də təxminən 6 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində Miyana və Sarab məntəqələrində yerləşən kəndlərdə minlərlə ev dağılıb, çox sayda insan ölüb və ya müxtəlif dərəcəli xəsarət alıb. Deyilənlərə görə, hökumət təbii fəlakətdə ölənlərin sayını gizlədir. Hazırda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, soyuq hava şəraiti vəziyyəti daha da ağırlaşdırıb. Bölgədə ərzaq məhsulları, qızınmaq vasitələri, tibbi ləvazimat və digər yardımlara ehtiyac olduğu bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN