Möhsün Fruzanın “Traxtur”a xəyanət etdiyi məlum olub

2019-04-18

GünAz TV: Aprelin 12-də Rəştin “Sərdar cəngəl” stadionunda Təbrizin “Traxtur” futbol komandasını böyük hesabla “Sepid rud”a uduzduran qapıçı Möhsün Fruzanın komandasına xəyanət etdiyi məlum olub.

 

“Mehr” xəbər agentliyi M.Fruzanın adına birbaşa işarə etməsə də etdiyi xəyanətin ifşa olunduğu barədə məlumat yayıb.

“Futbol Federasiyasının Əxlaq Komitəsi super liqa və birinci dəstə oyunlarını araşdıraraq bir futbolçunun bir neçə görüşün nəticəsi ilə bağlı gizlicə mərcə girdiyini üzə çıxarıb, mərcləşmənin nəticəsində milyardlar tümən məbləğində pul qazanılıb.”- deyə qeyd olunub.

 

Bildirilib ki, görüşlərin nəticəsi üzərində mərcləşmə yeni hadisə deyil, lakin Əxlaq Komitəsinin məşhur bir futbolçunun mərcə girdiyini aşkar etməsi bu məsələ ilə bağlı yeni təfərrüat üzə çıxarıb.

“Əxlaq Komitəsi bundan əvvəl də həmin futbolçunun bu kimi hərəkətlərini anlayıb, ipucu ələ gətirmişdir. Lakin futbolçuya qarşı heç bir tədbir alınmaması 18-ci super liqa yarışlarında bir komandanın taleyini dəyişdi. Bundan sonra Əxlaq Komitəsindən öncə klub məsulları futbolçuya qarşı tədbir almağa məcbur oldular.”- deyə məlumatda bildirilib.

 

Futbolçunun bundan əvvəl bir neçə oyunda gizlicə mərcə girdiyini, bu yolla külli miqdarda pul əldə etdiyini yazan xəbər agentliyi səlahiyyətli orqanları bu barədə ciddi tədbir almağa çağırıb. Bildirilib ki, məşhur futbolçu özü birbaşa mərcləşmədə iştirak etmir. O bu işi qumarbaz qardaşının vasitəsi ilə həyata keçirir. Artıq bu məsələ Əxlaq Komitəsi tərəfindən aydınlaşdırılıb.

 

Məlumatda əlavə olunub ki, bu oyunçu 18-ci super liqa yarışlarının ən həssas görüşlərindən birində təmsil etdiyi komandanın taleyini dəyişib. Onun yaxınlarından biri bildirib ki, oyunun nəticəsinin bu şəkildə dəyişməsi məşhur futbolçuya 10 milyard tümən məbləğində pul qazandırıb. Mərcləşmə saytlarının birində isə qeyd olunub ki, futbolçu nəzərdə tutulan komandanın qələbəsi ilə bağlı 8 milyard tümən əldə edib, qalan məbləğ isə oyunun iddia edildiyi hesabla yekunlaşması ilə bağlı olub və ona çatdırılıb.

 

Məlumatın sonunda Əxlaq Komitəsinin bu oyunçuya qarşı ciddi tədbir almasının vacib olduğu vurğulanıb. Bildirilib ki, komitənin belə bir qərar verəcəyi gözlənilir. Hətta futbolçunun müəyyən rəftarları ilə bağlı açıqlama vermək üçün bəzi klubların məsulları komitəyə çağırılıb, araşdırmalar davam edir.

 

M.Fruzan “Traxtur”un qapıçısı kimi super liqa yarışlarının 25-ci həftəsində keçirilən görüşdə qəsdən zəif oynayıb, onun tərəddüd içində olduğunu bütün tamaşaçılar fərq edib. Qapıçının bu hərəkəti super liqa yarışlarının yekunlaşmasına bir neçə həftə qalmış baş verib, bunun nəticəsində “Traxtur” böyük hesabla rəqibi “Sepid rud”a məğlub olub. Bu o deməkdir ki, “Traxtur” artıq super liqanın çempionu olmaqdan məhrum edilib. Oyun zamanı hakim Rza Məhdəvi də qərəzli mövqe sərgiləyib və bir çox yanlış qərarlar verib. Hadisəyə komanda tərəfdarları ilə yanaşı klub rəhbərliyi və bəzi yerli məsullar, o cümlədən Təbrizin millət vəkili Əhməd Əlirzabeygi etiraz bildirib.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30

gun az article

Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azadlıq səsi: Xordad qiyamının ildönümü və 11-ci məclis açılışı

2020-05-29

gun az article

GünazTV May.29.2020-QADINCA: Azərbaycan cümhuriyetinin müstəqilliyinin 102-ci ili

2020-05-29

gun az article

Mərənd-Sofiyan yolunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb

2020-05-29

gun az article

Şərqi Azərbaycanda əhalinin 18%-i koronavirusa yoluxub

2020-05-29

gun az article

GünazTV May.28.2020-Sözümüz: Parçalanmış Azərbaycan və Ədəbi Körpü

2020-05-28

gun az article

GünazTV May.28.2020- Düşünməyə Çağrı: Quzey və Güney Azərbaycan Üçün 28 May'ın Önəmi

2020-05-28

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4900-ü ötüb

2020-05-28

gun az article

Güney Azərbaycanın Ənquran mədəni 98 il talandıqdan sonra turizm mərkəzi olur

2020-05-28

gun az article

“Mis Süngün” komandasının iki oyunçusu koronavirusa yoluxub

2020-05-28

gun az article

Təbrizdə “Barış” jurnalının yeni sayı yayımlanıb

2020-05-28

gun az article

Güney azərbaycanlı milli fəal Yusif Kari Ərdəbil həbsxanasının 16-cı korpusuna köçürülüb

2020-05-28

gun az article

Xamenei yeni məclisdə “etnik qruplaşma” ilə bağlı xəbərdarlıq edib

2020-05-27

gun az article

Qərbi Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub

2020-05-27

gun az article

Xoy tarixi bazarında türkcə olan adlar fars sözləri ilə dəyişdirilib

2020-05-27