Möhsün İsməili tanınmış milli-mədəni fəal Abbas Lisani haqda çıxarılan ağır məhkəmə hökmü barədə bunları deyib - MÜSAHİBƏ

2019-07-13 13:42

GünAz TV: Ərdəbil sakini olan güney azərbaycanlı fəal “Amerikanın səsi”nə verdiyi müsahibədə tanınmış milli-mədəni fəal Abbas Lisaninin məhkəmə işi və barəsində çıxarılan ağır həbs və sürgün hökmü barədə ətraflı məlumat verib.

 

Müsahibə olduğu kimi təqdim olunur:

“Yanvar ayından bəri aydan aya uzadılan nəzarət qərarı ilə Ərdəbil həbsxanasında saxlanılan tanınmış siyasi fəal Abbas Lisani İnqilab Məhkəməsi tərəfindən 8 il həbs və İranın mərkəzində yerləşən Yəzd vilayətinə 2 il sürgün cəzasına məhkum olunub.

Ərdəbildən “Amerikanın Səsi”nə danışan türk fəal Möhsin İsmailinin söylədiklərinə görə, Abbas Lisani ona oxunan 3 ittihamdan bəraət qazanıb, lakin son mərhələdə qanunsuz bir şəkildə irəli sürülünən yeni bir ittihamla qarşılaşıb.

 “Abbas Lisaniyə prokurorluqda üç ittiham oxunmuşdu. O, həmin üç ittihamla sorğu-sual olundu və dörd sessiyada davam edən məhkəmə prosesində də həmin ittihamlarla mühakimə olundu,” İsmaili bildirir.

Lisani keçən təqribən 8 ay ərzində dəfələrlə Təbriz və Ərdəbil məhkəmə qurumları tərəfindən qanunsuzluğa məruz qaldığını önə çəkərək etiraz bildirib. Təbriz məhkəməsi onun şikayətlərindən birini qəbul etsə də, şikayətin mövzusu olan hökmü təkrar qüvvəyə qoymuşdu.

O, keçən yanvar ayında nəzarət altına alındıqdan sonra üç ittihamla qarşılaşmışdı.

Möhsin İsmailinin sözlərinə əsasən, Lisaniyə oxunan ittihamlar “Qərbi Azərbaycan vilayətində türk icmasını təhrik etmək”, “GAMAC adında qruplaşmanı təşkil və idarə edib və ona üzv olmaq” və “rejimə qarşı təbliğat fəaliyyəti” göstərməkdən ibarət idi.

Hər üç ittihamdan bəraət qazanan Lisani son mərhələdə “ölkənin təhlükəsizliyini pozmaq”-da günahlandırılaraq sürgün və həbsə məhkum olunub.

İsmailinin dediklərinə görə, “dörd mərhələ davam edən məhkəmənin sonunda Abbas bəyə bu üç ittihamdan bəraət verdilər. Amma, ən sonda, tamamilə qanunsuz bir şəkildə bir ittiham irəli sürdülər ki, nə dosyedə var idi, nə də məhkəmədə. Heç bir mərhələdə yox idi. Birdən gətirib doseyə dərc etdilər və hökm verdilər.”

Möhsin İsmaili əlavə edir, “o üç ittiham Abbas bəyin 25 ildən artıq fəaliyyətləri ilə bağlı idi. Min səhifədən artıq dosye yaratdılar bu fəaliyyətlərdən. Onu bunlarla məhkum etmək istəyirdilər. Abbas bəy gəldi müdafiəsini etdi. Belə idi ki, bütün bu fəaliyyətlər üzündən ona qarşı [daha əvvəl] ittihamlar irəli sürülmüşdü. O, bu ittihamlarla mühakimə olunmuş, ya bəraət qazanıb ya da cəzasını çəkmişdi.”

Türk fəal hesab edir ki, ilk başdan məhkəmə qurumunun əsas məqsədi hər hansı şəkildə olsa, Abbas Lisanini həbsə məhkum etmək olub.

“İlk üç ittihamdan bir dosye yarada bilmədiklərini gördülər. Bir şey tapa bilməyib, yeni bir ittiham ortaya qoydular ki hər halda Abbas Lisaniyə o əziyyəti tətbiq etsinlər,” deyə Möhsin İsmaili ifadə edir.”

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-i izləyə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/b%C3%BCt%C3%BCn-ittihamlardan-b%C9%99ra%C9%99t-alan-abbas-lisaniy%C9%99-h%C9%99bs-v%C9%99-s%C3%BCrg%C3%BCn-c%C9%99zas%C4%B1-verdil%C9%99r-/4994063.html

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02

gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02