Müəllimlər Güney Azərbaycan şəhərlərində etiraz yığıncağı keçiriblər – Video / GÖRÜNTÜ

Müəllimlər Güney Azərbaycan şəhərlərində etiraz yığıncağı keçiriblər – Video / GÖRÜNTÜ

GünAz TV: Mayın 10-da çox sayda müəllim Güney Azərbaycanın müxtəlif şəhərlərində etiraz yığıncağı keçirib.

 

Təbrizdə Şərqi Azərbaycan Təhsil Şöbəsi binasının qarşısına toplaşan müəllimlər məişət problemlərinin həllini tələb ediblər.

 

Oxşar yığıncaq Zəncan şəhərində keçirilib. Zəncan Təhsil Şöbəsinin binası önündə keçirilən yığıncaqda üzərində “müəllimlərin gecikən maaşı ödənilsin” sözü yazılmış plakatlar qaldırılıb.

 

Müəllimlər Qəzvin şəhərində də etiraz yığıncağı keçirib. Onlar Təsil Şöbəsi binasının qarşısında keçirdikləri yığıncaqda müəllimlərin maaşının az olmasına kəskin etiraz bildiriblər.

 

Yığıncaqlar, “maaşların gecikdirilməsi”, “maaşların yoxsulluq həddindən aşağı olması” və “təhsil sisteminin getdikcə özəlləşdirilməsi”nə etiraz məqsədi ilə müəllimlərin həmkarlar ittiqfaqı təşkilatlarının çağırışı ilə baş tutub.

 

Tehranda isə Büdcə və Planlaşdırma Təşkilatının binası qarşısında keçirilən etiraz yığıncağı təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Məlumata görə, 15 etirazçı saxlanılıb, onları müdafiə edən bir neçə qadın isə təhlükəsizlik qüvvələri tərəfindən döyülüb. Qadınlardan birinin göz nahiyyəsindən yaralandığı bildirilir.

 

https://www.youtube.com/watch?time_continue=29&v=PDZ9oYC0BcU

 

İranda müəllimlər ən az maaş alan hökumət işçiləri sırasındadır. Onlarla İslam İnqilabı Keşikçilər Korpusunun üzvləri, Bəsic (yarım-silahlı könüllü dəstələr) və ruhanilərin maaşını müqayisə edəndə, müəllimlərin həqiqətən də yoxsul vəziyyətdə yaşadıqları məlum olur. Bundan əlavə, rejimin ideologiyasını qoruyan qüvvələr maaşlarından başqa korrupsiya yolu ilə kalan miqdarda pul əldə edirlər. Belə hallara etiraz edən müəllimlər isə məhkəmə tərəfindən uzunmüddətli həbs cəzalarına məhkum edilir.

 

Təbriz

 

Zəncan

 

Qəzvin

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN