Muğanda əşayirlərin növbəti festivalı keçirilib - GÖRÜNTÜ

Muğanda əşayirlərin növbəti festivalı keçirilib - GÖRÜNTÜ

GünAz TV: Muğanın Biləsuvar şəhərinin Cəfərabad məntəqəsində Ərdəbil Əyalətinin şahsevən elat-əşayir tayfalarının festivalı keçirilib.

 

Aprelin 26-da baş tutan 9-cu əşayir köçü festivalının açılışında Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Nadir Fəllahi geniş məruzə ilə çıxış edib.

 

Festivalın Ərdəbil Əyaləti əşayir camiəsinin tanıtdırılmasında birinci addım olduğunu deyən hökumət rəsmisi yerli mədəniyyətin düzgün təqdim olunmasının önəmli olduğuna diqqət çəkib.

“Əsas məqsəd əşayirlərin həyat tərzini tanıtdırmaq və onu gücləndirməkdir. Bu il festivalın keçirilməsi əşayirlərin öz öhdəsinə buraxılıb. Bugünkü tədbirə Parsabad, Biləsuvar, Germi və Meşginşəhrin (Xiyav) əşayir tayfaları qatılıb.”- deyə o bildirib.

 

Qədim aşıq mahnılarının ifa olunduğu festivalda simvolik olaraq əşayirlərin köç və toy mərasimləri təşkil olunub, əl işləri, yerli yeməklər və kənd təsərrüfatı məhsulları nümayiş etdirilib. Alaçıq və yerli çadırların nümayiş etdirilməsi və əşayir tayfaları ağsaqqallarının şahsevən camiəsinin mədəni həyatı ilə bağlı fəaliyyətlərinin təqdir olunması festivalda keçirilən proqramlar sırasında olub.

 

Festivalda Kohkiluye və Boyr Əhməd, Gülüstan və Şimali Xorasan əyalətlərinin gələn əşayirlərin iştirakı ilə atıcılıq yarışları da təşkil olunub.

 

Şahsevən elat-əşayir tayfalarının əksəriyyəti Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində yaşayır. Bu türk tayfası özünəməxsus həyat tərzi ilə məşhurdur. Hazırda Ərdəbil Əyalətində təxminən 80 min nəfərdən ibarət 15 mindən çox əşayir ailəsi yaşayır. Onların Ərdəbil Əyalətində sayı son iki onillikdə 30 faiz azalıb. Ərdəbil rəsmiləri bunu əşayirlərin gəlirinin az olması ilə əlaqələndirir. Şahsevən əşayirləri bir çox iqtisadi problemlərlə üz-üzə qaldıqları üçün doğma vətənlərini tərk edərək müxtəlif şəhərlərə üz tuturlar.

 

festivala aid aşağıdakı görüntülər "İrna" xəbər agentliyindən götürülüb:

 

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN