Mustafa Pərvin tanınmış fəal Abbas Lisaninin ədalətsiz məhkəmə prosesinə bu şəkildə etiraz bildirib - VİDEO

Mustafa Pərvin tanınmış fəal Abbas Lisaninin ədalətsiz məhkəmə prosesinə bu şəkildə etiraz bildirib -  VİDEO

GünAz TV: Azərbaycanlı sənətkar və milli-mədəni fəal Mustafa Pərvin son performansını tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin saxlanması və ədalətsizməhkəmə prosesinə qarşı etiraza həsr edib.

 

Fəal etirazını iyunun 10-u yerli vaxtla saat 11:00-da (Abbas Lisaninin məhkəmə iclasının keçirildiyi gün və saat) Tehranda səhnələşdirib. O heyvanın çirkli bağırsağını dişində tutaraq Məhkəmə Kompleksinin yerləşdiyi məntəqəyə gedən xiyaban və meydanlarda hərəkət edib.

 

O Xəyyam, 15 xordad Sepəhbud Qərəni və Şəriəti xiyabanlarında təxminən 5 saat gəzib. Sonra Ərdəbilə gələn fəal iyunun 12-də bu şəhərin İnqilab Məhkəməsinin binası qarşısında görünüb, o binaya diqqətlə baxaraq ağzındakı bağırsağı yerə tüfürüb və yoluna davam edib.

 

https://www.youtube.com/watch?time_continue=28&v=L-hxqO3dQdo

 

Mustafa Pərvin fikirini insanlara, xüsusi ilə də ölkənin məhkəmə sisteminin məsullarına çatdırmaq üçün belə bir etiraz formasına əl atıb. Ərdəbil zindanında yanvarın 15-dən saxlanılan tanınmış milli-mədəni fəal Abbas Lisaniyə dəstək məqsədi ilə həyata keçirilən simvolik etiraz azərbaycanlılar tərəfindən dəstəklənib. Soydaşlarımız performansda heyvan bağırsağından istifadə olunmasını olduqca dərin məna daşıdığını bildiriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN