Nadir Qazipur: 40 milyon türk üçün bir telekanal yaradılmalıdır... – VİDEO

Nadir Qazipur: 40 milyon türk üçün bir telekanal yaradılmalıdır... – VİDEO

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəklili Nadir Qazipur İranda Azərbaycan türkcəsində telekanal və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasını tələb edib.

 

O bu barədə mayın 29-da parlamentdəki çıxışında danışıb.

 

“Məsullardan 40 milyon türkə hörmət etmələrini istəyirik. Teleradio Şirkəti türk dilində telekanal yaratmalıdır ki, biz türklər Əhli-beytə olan məhəbbətimizi şirin türk dilində  bəyan edək. İranda türk dili və ədəbiyyatı mədəniyyət evi də təsis olunmalıdır”- deyə o vurğulayıb.

 

Azərbaycanlı millət vəkili türk dili mədəniyyət evinin paytaxt Tehranda yaradılmasını təklif edib.

 

N.Qazipur çıxışında Urmu gölü böhranına da işarə edib. “Azərbaycanın naxışı olan Urmu gölü hələ də diridir, lakin bir xəstə kimi komaya düşüb. Ümid edirəm ki, Azərbaycanın Ölüm Mərkəzinə çevrilən Urmu Gölünü Canlandırma Mərkəzi gölə ayrılan büdcə vəsaitini yalnız gölün canlandırılmasına xərcləyəcək”- deyə N.Qazipur əlavə edib.

 

https://www.youtube.com/watch?time_continue=29&v=QQ2qWQ_dnao

 

 

Urmiyənin millət vəkili bundan əvvəl də parlamentdəki çıxışında oxşar məsələlərə işarə etmişdir.

 

O mayın 16-da parlamentdə İrşad və Mədəniyyət nazirinə sual ünvanlayarkən qeyd etmişdir ki, “İranda 40 milyon türkün ölkə çapında bir telekanalı və qəzeti yoxdur. Halbuki, Tehran Bələdiyyəsinin “Həmşəhri” qəzeti bütün ölkədə yayılır.”

 

Azərbaycanlı millət vəkili həmçinin parlament sədrinin müavini Əli Mütəhhəriyə sərt xəbərdarlıq edərək bildirmişdir ki, “Əziyyət verməyin, türklərin hüququna riayət edin. Biz ölkənin əksəriyyətini təşkil edirik.”

 

N.Qazipur  çıxış edərkən onun mikrofonu 3 dəfə parlamentin rəyasət heyəti tərəfindən kəsilmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN