Nadir Qazipur hökumətin zəlzələdən zərərçəkənlərə laqeyd münasibətinə etiraz edib – VİDEO

Nadir Qazipur hökumətin zəlzələdən zərərçəkənlərə laqeyd münasibətinə etiraz edib – VİDEO

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur hökumətin Şərqi Azərbaycanda baş verən zəlzələdən zərərçəkənlərə laqeyd münasibət bəsləməsinə etiraz bildirib.

 

Azərbaycanlı millət vəkili parlamentdə çıxışı zamanı başda ölkə prezidenti olmaqla yürksək rütbəli vəzifəli şəxsləri zəlzələ bölgəsinə diqqət yetirməməkdə gühanlandırıb.


Təbii fəlakətə görə Azərbaycan əhalisinə başsağlığı verən millət vəkili qeyd edib ki, azərbaycanlıların canı əzizdir, lakin Tehrandan heç bir məsul şəxs zəlzələ bölgəsinə getmədi.


Nadir Qazipur zəlzələdən zərərçəkənlərin ehtiyaclarını sadalamaq istədiyi zaman parlamentin sədri Əli Laricani onun səsini kəsib.


https://www.youtube.com/watch?time_continue=3&v=hWfwEujAXpc&feature=emb_logo


Noyabrın 8-də Şərqi Azərbaycanda təxminən 6 bal gücündə dağıdıcı zəlzələ baş verib. Hadisə nəticəsində Miyana və Sarab şəhərlərində bir çox kənddə evlər dağılıb. Çox sayda ölən və xəsarət alanlar var. Lakin deyilənlərə görə, hökumət təbii fəlakətdə ölənlərin sayını gizlədir. Hazırda zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür, soyuq hava şəraiti vəziyəti daha da ağırlaşdırıb. Bölgədə ərzaq məhsulları, qızınmaq vasitələri, tibbi ləvazimat və digər yardımlara təcili ehtiyac var. Dövlətin etdiyi yardım olduqca yetərsizdir, insanların zəruri ehtiyaclarını ödəmir. Zəlzələ bölgəsinə ən çox yardım göstərən yenə də Güney Azərbaycan əhalisidir.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN