Nadir Qazipur: Nə üçün məktəblərdə türk dili tədris olunmur?

Nadir Qazipur:  Nə üçün məktəblərdə türk dili tədris olunmur?

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur türk dilində kütləvi informasiya vasitələrinin olmaması, bu dilin məktəblərdə tədris olunmaması və Urmu gölü böhranı ilə bağlı hökuməti tənqid atəşinə tutub.

 

O bu barədə parlamentdə çıxışı zamanı danışıb.

 

“Nə üçün Mədəniyyət və İslami İrşad Nazirliyi ölkə üzrə yayımlanan qəzetin nəşr olunmasına razılıq vermədi?! Ölkənin 40 milyonluq türk əhalisi üçün telekanal niyə açılmadı?

Cənab İslami, türkdilli müavinlərini işdən uzaqlaşdırdınız. Onlar türkdilli məmurlarla əvəz olunmalıdır. Türklər ölkə əhalisinin böyük hissəsini təşkil edir. Onlara idarəçilikdə yer verilməlidir.

Nəyə görə, məktəb və universitetlərdə türk dili tədris olunmur? İdman nazirindən isə “İstiqlal” və “Perspolis” komandaları kimi Təbrizin “Traxtur” komandasına da diqqət yetirməsi tələb olunur. Yalnız bu şəkildə edilən zülmlərinm qarşısını almaq mümkün olar.”- deyə o bildirib.

 

Millət vəkili sözlərinin davamında vurğulayıb ki, yağıntıların sayəsində Urmu gölü komadan qurtuldu. Hazırda göldə təxminən 4 milyard kubmetr su var, lakin hələ də 14 milyard kubmetr suya ehtiyac var. 1995-97-ci illərdə Urmu gölündə təxminən 23 milyard kubmetr su olub. Bütün hallarda Urmu Gölünü Canlandırma Mərkəzinin gördüyü işlər olduqca azdır, dövlət gölün vəziyyətinə xüsusi diqqət yetirməlidir.

 

Nadir Qazipur Qərbi Azərbaycanda kənd təsərrüfatının durumuna da işarə edib. “Nə üçün Azərbaycan almasının ixracatına bir neçə ay qadağa tətbiq edilməlidir? Urmiyəli bağbanların 100 min tondan çox alması soyuducularda qalıb. Nəyə görə onların dadına çatan yoxdur?!”- deyə millət vəkili əlavə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN