Nadir Qazipur sənaye tullantılarının Acıçay vasitəsi ilə Urmu gölünə axıdılmasına etiraz edib – VİDEO

Nadir Qazipur sənaye tullantılarının Acıçay vasitəsi ilə Urmu gölünə axıdılmasına etiraz edib – VİDEO

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur “Acıçay” çayının kənarında dayanaraq Urmu gölünə təmizlənməmiş kanalizasiya suları və sənaye tullantılarının axıdılmasına etiraz bildirib.

 

O noyabrın 25-də Oxlar kəndində çəkdiydiyi videoda çay vasitəsi ilə gölə axıdılan sənaye tullantıları və kanalizasiya sularını əli ilə göstərərək bu vəziyyətə etiraz edib. Millət vəklili hər zaman olduğu kimi, bu dəfə də Urmu Gölünü Canlandırma Mərkəzini, “Ölüm Mərkəzi” adlandırıb.

 

“Azərbaycanın Ölüm Mərkəzi hardadır?! Nə üçün bu tullantılar Urmu gölünə tərəf axıdılır?! Məntəqənin təmiz suyunu sənayedə istifadə edirlər, sənaye tullantılarını isə kanalizasiya suyu ilə birləşdirib Urmu gölünə axıdırlar. Gölün canlandırılması üçün pul alırsınız. Bunun qarşılığında isə sənaye tullantılarını və kanalizasiya sularını gölə intiqal etməklə məşğulsunuz. Bütün bu tullantılar təmizlənmədən Urmu gölünə tökülür”- deyə millət vəkili vurğulayıb.

 

https://www.youtube.com/watch?time_continue=21&v=juri-y_O_kI

 

Nadir Qazipur bundan əvvəl də bu məsələyə öz etirazını bildirmişdir.

“Urmiyədə təmizləmə-saflaşdırma qurğuları, sənaye tullantıları və kanalizasiya sularının həcminə heç bir şəkildə uyğun deyil. Elə bu səbəbdən də yağıntılar zamanı çirkli sular təmizlənmədən Urmu dölünə axıdılır. Mən bu məsələni ətraf-mühitə ciddi ziyan vurduğu üçün hər zaman diqqətdə saxlamışam. Biz təmizləmə-saflaşdırma qurğularının gücləndirilməsi üçün Dövlət büdcəsindən yetəri qədər vəsait almağa çalışırıq. İstədiyimiz büdcə vəsaiti ayrılarsa, yəqin ki, Urmiyə şəhərinin kanalizasiya sularının 70-80 faizini təmizləmək mümkün olacaq”- deyə o vurğulamışdır.

 

Qeyd edək ki, Urmu gölü ilə bağlı nəzərdə tutulan bütün layihələr uzun illərdir icra olunmur. Bunun əsas səbəbi dövlət tərəfindən vəsaitinin təmin edilməməsi və Urmu Gölünü Canlandırma Mərkəzinin qeyri-real fəaliyyətidir.

 

Bundan əvvəl Ətraf Mühit Təşkilatı təmizlənməmiş kanalizasiya sularının Urmu gölünə axıdılmasını etiraf etmişdir.

 

İran prezidenti Həsən Ruhani 11-ci prezident seçkiləri dönəmində Azərbaycan türklərinə Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılması və  Urmu gölünün canlandırılması ilə bağlı vəd verib. Artıq onun 4 illik prezidentlik dövrü başa çatıb və hazırda ölkənin 12-ci prezidentidir, lakin verdiyi vədlərin heç birini yerinə yetirməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN