Nadir Qazipur: ““Traxtur” təhdid deyil, fürsətdir”

Nadir Qazipur: ““Traxtur” təhdid deyil, fürsətdir”

GünAz TV: Güney Azərbacanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur super liqa yarışlarında Təbriz və ümumiyyətlə Güney Azərbaycanı təmsil edən “Traxtur” komandasının əhəmiyyəti haqda önəmli sözlər deyib.

 

O bu barədə “Təbrizemən.ir” xəbər-təhlil agentliyinə danışıb.

 

“Çox təəssüflər olsun ki, Gənclər və İdman Nazirliyi, Futbol Federasiyası və bəzi səlahiyyətli məsulların yanlış işləri nəticəsində bu komanda çox ziyan gördü və zəifləməyə başladı. Komandanın son uğursuzluqları Azərbaycan əhalisi və ümumiyyətlə İrandakı türklərin əhval-ruhiyyəsinə çox mənfi təsir edib”- deyə o bildirib.

 

Millət vəkili İran rejiminin “Traxtur” komandası və onun tərəfdarlarına təhlükəsizlik məsələsi kimi baxmasına eyham vuraraq əlavə edib ki, “Traxtur” Tehran və Təbriz şəhərlərində  100 min nəfəri stadiona gətirə bilir, bu komandanın böyük potensialı var. Ona görə də “Traxtur”a təhdid kimi yox, bir fürsət kimi baxılmalıdır.”

 

Qeyd edək ki, Təbrizin “Traxtur” futbol komandası güney azərbaycanlılar üçün təkcə futbol komandası kimi deyil, həm də yarışlarında milli və demokratik hüquqları tələb edən şüarların səsləndirildiyi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu komanda dövlətdən dəstək almaq əvəzinə hər zaman rejimin təzyiqləri altında fəaliyyət göstərib. Azərbaycan komandası bu il məlum səbəblərdən yarışlarda zəif çıxış edir, bu məsələ azərbaycanlıların böyük nigaranlığına səbəb olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN