Nadir Qazipur türklərə qarşı ayrı-seçkilik siyasətini sərt tənqid edib – VİDEO

Nadir Qazipur türklərə qarşı ayrı-seçkilik siyasətini sərt tənqid edib – VİDEO

 

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranda türklərə qarşı tətbiq olunan ayrı-seçkilik siyasətini kəskin şəkildə tənqid edib.

 

O bu barədə çərşənbə günü, mayın 16-da parlamentdə İrşad və Mədəniyyət nazirinə sual ünvanlayarkən danışıb. “İranda 40 milyon türkün ölkə çapında bir telekanalı və qəzeti yoxdur. Halbuki, Tehran Bələdiyyəsinin “Həmşəhri” qəzeti bütün ölkədə yayılır”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili parlament sədrinin müavini Əli Mütəhhəriyə sərt xəbərdarlıq edərək vurğulayıb ki, “Əziyyət verməyin, türklərin hüququna riayət edin. Biz ölkənin əksəriyyətini təşkil edirik.”

 

İlk olaraq farsdilli millət vəkili Ə.Mütəhhərinin sualının nazirdən soruşulması da N.Qazipurun etirazına səbəb olub. O bildirib ki, mən Ə.Mütəhhəridən daha əvvəl sual vermişdim, ona görə də birinci mənim sualım soruşulmalı idi. Azərbaycanlı millət vəkili bu ayrı-seçkiliyi də türk olması ilə əlaqələndirib.

 

“Xane-i millət” agentliyinin yaydığı məlumata görə, N.Qazipurun İrşad və Mədəniyyət nazirinə ünvanladığı sual “türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması” ilə bağlı olub.

 

Azərbaycanlı millət vəkili çıxış edərkən onun mikrofonu 3 dəfə Ə.Mütəhhəri tərəfindən kəsilib.

 

Video:

https://www.youtube.com/watch?time_continue=24&v=QOPoksWrBQw

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN