Ölkə rəhbərliyinin məsuliyyətsizliyi Azərşəhrdə Qələzar körpüsünün belini sındırdı – VİDEO

Ölkə rəhbərliyinin məsuliyyətsizliyi Azərşəhrdə Qələzar körpüsünün belini sındırdı – VİDEO

GünAz TV: İran rəhbərliyinin Azərbaycanın problemlərinə olan laqeyd münasibəti bu dəfə Azərşəhrdə (Tufarqan) Qələzar körpüsünün belini sındırdı.

 

Əldə etdiyimiz məlumata görə, ötənilki sel və daşğınlar nəticəsində ağır ziyan görən Qələzar körpüsü hadisədən bir il keçməsinə baxmayaraq hələ də bərpa olunmayıb, həmin körpü bu gün “Sel çayı”nın daşması nəticəsində ortadan çökərək yolda gediş-gəlişinin təmami ilə dayandırılmasına səbəb olub.

 

Bölgə əhalisinin ən çox istifadə etdiyi körpülərdən biri olan Qələzar körpüsü artıq yararsız hala düşüb, o təmami ilə çökmək üzrədir.

 

https://www.youtube.com/watch?time_continue=1&v=gFNqJt7zpyg

 

 

Körpünün üzərindən keçən yol Azərbaycanın mərkəzini onun qərb bölgəsi ilə birləşdirir. Hazırda sərnişinlərin gediş-gəlişi Azərşəhrin daxilindəki yol vasitəsi ilə təmin olunur, bu isə şəhər əhalisi üçün bir çox problemlərə səbəb olur.

 

 

Bu barədə Şərqi Azərbaycan Yol Polisi İdarəsinin rəisi “Təsnim” xəbər agentliyinə danışıb. “Körpünün çökmə ehtimalı olduğu üçün ondan istifadə etmək təhlükəlidir. Ona görə də bu yolda hərəkət dayandırılıb, bu istiqamətdə heç bir şəkildə gediş-gəliş yoxdur”- deyə o bildirib.

 

Qələzar körpüsü 2017-ci il aprelin 14-də bölgədə baş verən dağıdıcı sel fəlakəti nəticəsində ağır ziyan görüb. Bu hadisədə əksəriyyəti Azərşəhr və Əcəbşerdən olmaqla 44 yerli əhali təbii fəlakətin qurbanı olmuşdur.

 

İran rejimi hadisənin ilk günlərindən bölgə əhalisinə  laqeyd münasibət bəslədiyini nümayiş etdirdi. Ölkə prezidenti Həsən Ruhani hadisədən 6 gün sonra sel bölgəsinə səfər etdi. Məsullar Qələzar körpüsünün üstündə xatirə şəkili çəkdilər. Onların təbii fəlakətdə zərər çəkənlərə yardım vədi və bölgədə aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə bağlı verdiyi sözlər bu günə qədər yerinə yetirilməyib.

 

 

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN