Öyrəncilərin etirazı nəticə verdi; Azərbaycan Mədəni Universitetində türk dili tədris olunacaq

2018-02-19 08:00

GünAz TV: Səlahiyyətli orqanlar türk öyrəncilərin qarşılarında qoyduğu tələbi düzgün təhlil edərək Azərbaycan Mədəni Universitetində türk dili və ədəbiyyatının tədris olunmasına razılıq veriblər.

 

Azərbaycan Mədəni Universitetinin rəsmilərindən biri bazar günü Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin universitetdə türk dili və ədəbiyyatının tədris olunmasına razılıq verdiyini bildirib.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Mənsur İmanpur bu barədə deyib: “Öyrəncilərin təklifi və universitet məsullarının razılığı əsasında ötən aylarda Azərbaycan türkcəsinin iki dərslik şəkilində tədris olunması haqda Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinə iki dəfə müraciət olunub. Artıq nazirlik bununla razılaşıb, öyrəncilər konüllü şəkildə nəzərdə tutulan dərslikləri seçib oxuya bilərlər”- deyə o bildirib.

 

Onun sözlərinə görə, dərsliklərin hansı gün və saatlarda  tədris olunması ilə bağlı ədəbiyyat fakulteti qərar verəcək. Azərbaycan türkcəsi müəyyən rəsmi prosedurdan sonra tədris olunacaq.

 

Azərbaycan Mədəni Universitetinin türk öyrənciləri 2017-ci il noyabrın 7-də universitetin rektoruna məktub ünvanlayaraq təhsil müəssisəsində türk dili və ədəbiyyatı fənninin tədris olunmasını tələb etmişdir. Onlar, bu istiqamətdə hər hansı addım atılmadığı üçün fevralın 12-də ədəbiyyat fakultetinin salonunda etiraz yığıncağı keçirib.

 

Yığıncaqdan təxminən iki saat sonra Universitetin rektoru Həsən Vəlizadə təhsil müəssisəsinin Şəhriyar Amfiteatrına gələrək öyrəncilərə türk dili və ədəbiyyatının tədris olunacağı, hətta bu ixtisas üzrə öyrənci qəbul olunacağı haqda vəd vermişdir.

 

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı yazılır. Həmin maddəyə əsasən türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb. Hazırda onlarla mədəni fəal ana dilini müdafiə etdiklərinə görə İran zindanlarında məhbus həyatı yaşayır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 1000 nəfəri ötüb

2020-09-27

gun az article

Təkab otlaqlarında yenidən yanğın baş verib

2020-09-27

gun az article

Koronavirusa yoluxduğu ehtimal olunan milli fəal Səhənd Məali həbsdən məzuniyyətə buraxılıb

2020-09-27

gun az article

Şərqi Azərbaycanda ağır yol qəzası: 4 nəfər həyatını itirib

2020-09-27

gun az article

Təbrizdə Təkəmçilər heykəli bərpadan sonra yenidən sındırılıb

2020-09-27

gun az article

“Mənim adım Ayıl”; uşaqlara türkcə ad verilməsinə qoyulan qadağaya etirazlar davam edir

2020-09-27

gun az article

GünazTV Sep.26.2020 : “Ermənistanın PKK və kürd terrorcularını Dağlıq Qarabağa yerləsdirməsi Amerika mətbuatında”

2020-09-26

gun az article

Güney Azərbaycanın Zəncan, Qəzvin və Şərqi Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-26

gun az article

Təbrizdə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər də yaralanıb

2020-09-26

gun az article

Əbhərin Köynək kəndinin türk adı təhrif edilərək fars sözü ilə dəyişdirilib

2020-09-26

gun az article

Təbriz futbolunun atası Böyük Səbbağ vəfat edib

2020-09-26

gun az article

Güney Azərbaycanlı milli fəallar İbrahim Cəfərzadə və xanımı Mina Kəhrubayinin ölümünün 9-cu ildönümüdür

2020-09-26

gun az article

GünazTV Sep.25.2020-QADINCA: Mina Kəhrubayi və İbrahim Cəfərzadənin xatirəsinə, İran'da "hicab"zorunluğu sorunu

2020-09-26

gun az article

GünazTV Sep.25.2020: Azadlıq səsi: Azərbaycanda hərbi səfərbərlik xidmətinə çağrış

2020-09-26

gun az article

GünazTV Sep.25.2020 : “Ermənistana artmaqda olan silah təchizatından rəsmi Bakı ciddi narahatdır.”

2020-09-25

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-25

gun az article

Azərbaycanda sərmayə yatırmaq istəyən sahibkar müflis edilib + VİDEO

2020-09-25

gun az article

Qaradağın yeraltı sərvətlərinin talanması davam edir + VİDEO

2020-09-25

gun az article

Güney azərbaycanlı milli fəal Səhənd Məali yenidən həbsxanaya qayıdıb

2020-09-25

gun az article

GünazTV Sep.24.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-25