Öyrəncilərin israrı nəticəsində Urmiyənin Texnologiya Universitetində türk dili və ədəbiyyatı fənni tədris olunacaq

Öyrəncilərin israrı nəticəsində Urmiyənin Texnologiya Universitetində türk dili və ədəbiyyatı fənni tədris olunacaq

GünAz TV: Yaxın gələcəkdə Urmiyənin Texnologiya Universitetində türk dili və ədəbiyyatı fənni tədris olunacaq. Bu, universitetdə təhsil alan öyrəncilərin uzun müddət səyi nəticəsində mümkün olub.

 

Urmiyənin Texnologiya Universitetinin Öyrəncilər Şurası “Urmiyənin Texnologiya Universitetində türk dili və ədəbiyyatı fənninin tədris olunmasını istəyirsiniz?” sualı ilə keçirdiyi sorğuda 1338 öyrəncinin rəyi öyrənilib. Respondentlərin 80 faizi (1051 nəfər) universitetdə türk dilinin tədris olunmasını istəyiblər. Bundan sonra universitetin rektoru Abdullahi Şərifi öyrəncilərin tələbi ilə razılaşıb və sözügedən fənn üzrə fevralın 1-dən öyrəncilərin qeydiyyata alınmasına göstəriş verib. Türk dili və ədəbiyyatı fənninin tədrisinə cari semestrdən başlanıla bilər.

 

Məlumata görə, türk dili və ədəbiyyatı fənni üzrə 2 dərs tədris olunacaq, dərsdə iştirak könüllü olacaq.

 

Öyrəncilərin əksəriyyətinin sözügedən dərsdə iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı yazılır. Bu maddəyə əsasən türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN