Özünü Qızıl Aypara Cəmiyyətinin məmuru kimi təqdim edən şəxs eyni şprislə çox sayda şagirddən qan alıb – Takistanda / VİDEO

Özünü Qızıl Aypara Cəmiyyətinin məmuru kimi təqdim edən şəxs eyni şprislə çox sayda şagirddən qan alıb – Takistanda / VİDEO

GünAz TV: Qəzvin Əyalətinin Takistan şəhərində özünü Qızıl Aypara Cəmiyyətinin məmuru kimi təqdim edən şübhəli şəxs eyni şprislə (sorəng) çox sayda şagirddən qan alıb.

 

Məlumata görə, həmin şəxs məktəb direktoruna Qızıl Aypara Cəmiyyətinin kartı və şəxsiyyət vəsiqəsini göstərdikdən sonra şagirdlərdən qan almağa başlayıb.

 

Qan verən şagirdlər valdeyinlərinə məlumat verdikdən sonra məsələnin üstü açılıb və təhlükəsizlik qüvvələri şübhəli şəxsin axtarışına başlayıblar. Məlumata görə, artıq saxta məmur tutulub, o Çubindər zindanında saxlanılır. Məktəb direktoru isə bu barədə səhləkarlığa yol verdiyi üçün müvəqqəti olaraq işindən uzaqlaşdırılıb.

 

Bu hadisədən sonra şagirdlərin valdeyinləri Takistanın Səhiyyə Şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər.

 

Takistan Səhiyyə Şöbəsinin rəisi bildirib ki, artıq məktəblilər Hepatit B və C, həmçinin HIV virusuna görə yoxlamadan keçiblər.

 

Video:

https://www.youtube.com/watch?v=e-NGYN1hxAY

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN