Panfarsizmi təbliğ edən tamaşa Həmədanda nümayiş etdirilib

Panfarsizmi təbliğ edən tamaşa Həmədanda nümayiş etdirilib

GünAz TV: “Rüstəmin qızı Banu Göşəsbin toyu” tamaşası birinci şəhər kimi Güney Azərbaycanın Həmədan şəhərində nümayiş etdirilib.


Tamaşanın məzmunu panfarsizm ideyasını yaymaqdan ibarətdir.


Ötən günlərdə Həmədanda səhnələşdirilən tamaşanın rejissoru Məhəmməd Cavad Kəbudrahəngi və ssenaristi Ərdəşir Salehpur olub.


Göşəsb Firdovsinin “Şahnamə”sində işarə olunan Rüstəmin qızıdır. O Rüstəm mifində bir çox müharibələrdə  iştirak edir və bütün elçilərinə rədd cavabı verir. Göşəsbdən gözəl və pəhləvan bir xanım kimi yad edilir, o hətta qardaşı Fəramərzi də hərbçi kimi yetişdirir.


Fars irqçiliyi və millətçiliyini təbliğ edən tamaşa o halda Güney Azərbaycan şəhərində səhnələşdirilib ki, bu bölgədə Azərbaycanın tarixi qəhrəmanlarını yad edib onları təbliğ etmək bir növ qadağandır.

Firdovsinin “Şahnamə” əsəri türklərə qarşı qələmə alınıb. Əsərdəki hikayələr və şeirlərdə türklərlə düşmənçilik bir mənalı olaraq hiss olunur.


N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN