Parsabadda divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb – GÖRÜNTÜ

Parsabadda divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb – GÖRÜNTÜ

GünAz TV: Muğanın Parsabad şəhərində divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb.

 

Şüarlar iyunun 25-dən azərbaycanlı milli-mədəni fəallar tərəfindən yazılmağa başlayıb.

 

Fəallar hər kəsi iyulun 5-i və 6-da Babək qalası mərasimində iştirak etməyə çağırıblar.

 

Hazırda şəhərin ən hərəkətli yerlərində divarlarda “İyulun 5-i və 6-da görüşümüz Babək qalasında” yazıları görünməkdədir.

 

Oxşar yazılar ötən günlərdə təbrizli fəallar tərəfindən bu şəhərin küçə və xiyabanlarında yazılmışdır.

 

Güney Azərbaycanda hər il iyulun əvvəllərində Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad günü kimi qəbul olunan tarixdə Babək qalasına yürüş edilir, ənənəvi yürüşün bu il də baş tutacağı gözlənilir.

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN