Parsicu saytı türk dilində olan yer adlarını təhrif edib

Parsicu saytı türk dilində olan yer adlarını təhrif edib

GünAz TV: İranda Qərbi Azərbaycan Əyalətinin kürd bölgəsi kimi göstərilməsi uğrunda cəhdlər davam edir.

 

Məlumata görə, Parsucu adlı İran saytlarından biri türkcə olan bəzi yer adlarını təhrif edərək onları fars və kürd dillərinə tərcümə edib.

 

Axtarış motoru kimi fəaliyyət göstərən Parsicu saytı dərc etdiyi xəritədə Sulduz şəhərində bəzi yer adlarını təhrif edib. Həmin yerlərin adı hazırda GOOGLE axtarış motoru saytında, olduğu kimi türk dilində qorunub saxlanılır.

 

Məlumata görə, fars irqçiliyinə xidmət edən Parsicu saytı Sulduzdakı xiyabanlardan birinin adını “Yeddi göz” deyil, kürtcə “Hə vət kani” kimi göstərib. Saytın bu hərəkəti bir çox azərbaycanlı internet istifadəçilərinin kəskin etirazına səbəb olub, bundan sonra Sulduz xiyabanının adı yenidən “Yeddi göz” kimi göstərilib, lakin həmin xiyabanda yerləşən parkın adı fars dilinə tərcümə olunmuş şəkildə yəni “həft çeşmə” kimi qalıb.

 

 

 

 

Parsicu saytının məqsədyönlü şəkildə yol verdiyi təhrif İranın bir çox rəsmi orqanlarının fəaliyyət və istəyi ilə üs-üstə düşür. Qərbi Azərbaycanın kürdləşdirməsi planının arxasında PKK kimi kürd terror qruplaşmaları olduğu halda, İran rejimi bu prosesə yardım edir. Məqsəd Azərbaycan türklərini sıxışdıraraq bölgədən uzaqlaşdırmaqdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN