“Perpolis” tərəfdarları azərbaycanlı idman xəbərçisi Milad Vətənpərəstin İnstaqram səhifəsinə hücum edib – VİDEO

“Perpolis” tərəfdarları azərbaycanlı idman xəbərçisi Milad Vətənpərəstin İnstaqram səhifəsinə hücum edib – VİDEO

GünAz TV: Noyabrın 29-da Təbrizdə bu şəhərin “Maşınsazi” və Tehranın “Perspolis” komandaları arasında keçirilən görüş zamanı azərbaycanlı idman xəbərçisi Milad Vətənpərəstin İnstaqram səhifəsi “Perspolis” tərəfdarlarının hücumuna məruz qalıb.

 

Bu barədə M.Vətənpərəst “Təbriz mən” agentliyinə danışıb.

““Maşınsazi”-“Perspolis” görüşü zamanı mənim İnstaqram səhifəmə hücum edildi və koment şəkilində bir çox söyüşlər yazıldı. Bir neçə dəqiqə sonra isə səhifə sıradan çıxarıldı, artıq öz İnstaqram səhifəmə daxil ola bilmirəm”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Azərbaycanlılar arasında çox sevilən idman xəbərçisi səhifəsinin sıradan çıxarılmasına təəssüflənsə də, bu barədə sosial şəbəkələrdə yaydığı videoda “minlərlə İnstaqram səhifəsi “Traxtur” və “Maşınsazi” komandalarına qurban olsun” deyərək vurğulayıb.

 

Onun sözlərini öz dilindən olduğu kimi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=9&v=8irxDImqt10

 

 

İranda bütün idman yarışları fars dilində təqdim olunur. Bu, əyalət televiziyalarında yayımlanan yarışlara da aiddir. M.Vətənpərəst bir müddətdir ki, “Traxtur”la “Maşınsazi”nin oyunlarını türk dilində təqdim edir və ana dilimizdə raport verdiyi yarışların videosunu İnstaqram səhifəsində yayır. Jurnalistin bu hərəkəti azərbaycanlı sosial şəbəkələr istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanır, lakin fars şovinistləri bu videoları hər zaman qəzəblə qarşılayır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN