“Perspolis”in irqçi tərəfdarlarının Azərbaycan türklərinin ünvanına səsləndirdiyi təhqiramiz şüarın VİDEOSU

“Perspolis”in irqçi tərəfdarlarının Azərbaycan türklərinin ünvanına səsləndirdiyi təhqiramiz şüarın VİDEOSU

GünAz TV: Tehranın “Perspolis” futbol komandasının farsdilli irqçi tərəfdarları Azərbaycan türklərinin ünvanına olduqca təhqiramiz şüarlar səsləndirib.

 

Onlar bu dəfə Şənbə günü Tehranın Azadi stadionunda “Perspolis”lə “Saypa”nın görüşündə belə bir hərəkətə yol veriblər. İrqçilər oyun boyu Azərbaycan türklərinin ünvanına küçə soyuşləri səsləndirib, onları heyvana oxşadıblar.

 

https://www.youtube.com/watch?time_continue=3&v=taufEivE6lE

 

“Perspolis”-“Saypa” oyununda çoxlu şübhəli faktlar qeydə alınıb. “Perspolis”i super liqanın çempionu etmək ssenarisi bu oyunda da özünü göstərib, oyun 3:2 hesabı ilə “Perspolis”in xeyirinə yekunlaşıb.

 

Tehranın “Perspolis” və “İstiqlal” komandalarının görüşlərində bir qayda olaraq türk milləti kobud şəkildə təhqir olunur, “ölüm olsun türkə” kimi şüarlar irqçilər tərəfindən əksər yarışlarda səsləndirilir. İdman yarışları haqda beynəlxalq qanunlara görə, stadionda insanlar dil, irq, din və s. kimi xüsusiyyətlərinə görə təhqir olunarsa, hakim oyunu dayandırmalı, hətta lazım gələrsə görüşü ləğv etməlidir. Lakin bu günə qədər türklərin kobud şəkildə təhqir olunduğu heç bir yarış dayandırılmayıb. Koosdinasiya edilmiş şəkildə təhqirə yol verən irqçilərə qarşı Futbol Federasiyası, İdman Nazirliyi və digər orqanlar da heç bir tədbir almayıb. Bu məsələ digər millətlər, xüsusi ilə də türk və ərəb millətlərini təhqir edən farsdilli irqçiləri daha da cəsarətləndirir. Azərbaycanlılar bəzi yerli məsullarla birlikdə stadionlarda yol verilən təhqiramiz hərəkətlərə qarşı dəfələrlə etiraz etsələr də irqçiləri bu günə qədər dayandırmaq mümkün olmayıb.

 

N.S  


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN