“Perspolis” internet kanalının aparıcısı “Traxtur" tərəfdarlarına qarşı təhqiramiz ifadələr işlədib – VİDEO

“Perspolis” internet kanalının aparıcısı “Traxtur

GünAz TV: Tehranın “Perspolis” internet kanalının aparıcısı “Traxtur” tərəfdarlarının “Perspolis”lə görüşdə Yaponiyanın “Kaşima Antlers” komandasına dəstək vermələrini təhqiramiz ifadələrlə qarşılayıb.

 

Mehdi Əxlaqi əxlaqsız bir şəkildə “Traxtur” tərəfdarları və türkləri hədəfə alıb.

 

“Perspolis”in Asiya Çempionlar Liqasının final mərhələsində Yaponiya təmsilçisinə uduzmasından narahat olan aparıcı əsəbi şəkildə “Traxtur” tərəfdarlarına xitabən bildirib ki, Türkiyə və Azərbaycan bayraqları yetmədi, indi də stadiona (Təbrizin səhənd stadionu nəzərdə tutulur) Yaponiya bayrağı aparırsız? Siz yaponiyaya gedibsiniz, Şərqi Asiyanı yaxından görübsünüz?

 

Mehdi Əxlaqi sözlərinin davamında əlavə edib ki, siz ümumiyyətlə bizim rəqibimiz deyilsiniz. Gedin iki dəqiqəlik çempionluğunuzun sevincini yaşayın. Siz hansı keçmişinizlə, əldə etdiyiniz uğurla özünüzü “Perspolis”lə müqayisə edirsiniz?

 

“Perspolis” kanalının aparıcısı türklərin söhbət tərzini və ləhcəsini lağa qoyaraq sözlərini yekunlaşdırıb.

 

https://www.youtube.com/watch?time_continue=1&v=cTpJ80oxdCE

 

Noyabrın 3-də “Perspolis” Asiya Çempionlar Liqası çərçivəsində səfərdə Yaponiyanın “Kaşima Antlers” komandası ilə qarşılaşıb.  2:0 hesabı ilə “Kaşima Antlers”ın xeyirinə yekunlaşan görüş hökumətin göstərişi ilə məcburi olaraq bütün məktəblərdə yayımlandı. Lakin nəticəsi rejimin düşündüyü kimi olmayıb. Azərbaycanlı şagirdlər “Perspolis”in yarışını izlərkən Azərbaycanın “Traxtur” komandasına dəstək nümayiş etdirdilər.

 

Noyabrın 10-da Tehranın Azadi stadionunda adı çəkilən komandalar arasında keçirilən görüş isə 0:0 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra Yaponiya təmsilçisi Asiya Super Liqa yarışlarının çempionu olub.

 

Hər iki görüşdən sonra Azərbaycan şəhərlərində “Perspolis”in uduzması əhali tərəfindən böyük sevinclə qarşılandı. Olub-bitənlər İranda antitürk qüvvələr və paniranistlərin qəzəblənməsinə səbəb olub.

 

Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars irqçilərinin dəstək verdiyi əsas komandalardır. İranda qeyri-fars millətləri bu komandalara qarşı xüsusi həssaslıq göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN