“Perspolis” tərəfdarları “Traxtur” azarkeşlərini daşa tutub – VİDEO

“Perspolis” tərəfdarları “Traxtur” azarkeşlərini daşa tutub – VİDEO

GünAz TV: İran Gənclər və İdman Nazirliyinin əlaltəları “Perspolis” komandasının tərəfdarları adı altında Güney Azərbaycanın “Traxtur” komandasının azarkeşlərini daşa tutublar.

 

Hadisə yanvarın 26-da Tehranın Azadi stadionunda super liqa yarışları çərçivəsində keçirilən görüşdə baş verib.

 

Bu hadisə İran mətbuatı, eləcə də xaricdə fəaliyyət göstərən və demokratiya uğrunda mübarizə apardıqlarını iddia edən farsdilli kütləvi informsiya vasitələri tərəfindən senzura edilib, hətta daş atanların “Traxtur” tərəfdarı olduğu qeyd olunub.

 

“Traxtur” oyunçuları və baş məşqçini əsəbləşdirərək ruhdan salmaq üçün oyunu idarə edən hakimlər də verdikləri qərarlarla Azərbaycan komandasına təzyiq göstərib, sonda “Perspolis”in qələbəsini təmin ediblər.

 

Gənclər və İdman Nazirliyi, eləcə də İran Futbol Federasiyasının Güney Azərbaycan komandasına müxtəlif yollarla təzyiq göstərməsi “Traxtur”un görüşlərini izləyən hər kəsə aydındır. Bu məsələ uzun müddətdir ki, “Traxtur” tərəfdarlarının kəskin etirazına səbəb olur.

 

https://www.youtube.com/watch?v=_J59b5d3yJY&feature=emb_logo

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN