Poldəşt Şəhər İcra Hakimiyyəti başçısı gömrük sərhəd-keçid məntəqəsindən gündəlik əldə olunan gəlirdən danışıb

Poldəşt Şəhər İcra Hakimiyyəti başçısı gömrük sərhəd-keçid məntəqəsindən gündəlik əldə olunan gəlirdən danışıb

GünAz TV: Qərbi Azərbaycanın sərhədyanı Poldəşt Şəhər İcra Hakimiyyətinin başçısı Mehran Səfəri ətraf şəhərlərin Poldəşt-Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsindən əldə etdiyi gündəlik gəlirdən danışıb.

 

O bu barədə şəhər idarələri şurasının keçirdiyi iclasda çıxış edib.

“Hər gün 500 xarici vətəndaş (Naxçıvan Muxtar Respublikasından Poldəştə səfər edən soydaşlarımız  nəzərdə tutulur) Poldəştə səfər edir. Onlar təxminən 30 tonluq müxtəlif məhsullar alıb qayıtdıqları zaman ölkələrinə aparır. Bu, orta hesabla gündəlik 42 min dolların ölkəyə daxil olması deməkdir.”- deyə o bildirib.

 

Şəhər İcra Hakimiyyətinin başçısı sərhəd-keçid məntəqəsinin bu şəkildə fəaliyyət göstərməsini bölgə əhalisinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət etdiyini xüsusi vurğulayıb.

 

Qeyd edək ki, Araz çayının kənarında yerləşən Poldəşt şəhəri Azərbaycan Respublikası ilə həmsərhəddir. Bu şəhərdə fəaliyyət göstərən Poldəşt-Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsi Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra aktiv şəkildə fəsliyyət göstərir və Arazın hər iki tərəfində yaşayan soydaşlarımız yaranan iqtisadi əlaqələrdən bəhrələnir. Soydaşlarımız bütün sahələrdə əlaqələrin genişləndirilməsinin tərəfdarıdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN